SON XƏBƏRLƏR

Ermənistanda müharibə qorxusu artır

2021.10.20, 07:36
Ermənistanda müharibə qorxusu artır

Gunaz.tv
GünAzTv: Ermənistanda müharibə qorxusu getdikcə artır. İşğalçı ölkənin ekspertləri hakimiyyəti xəbərdar edib - müharibə hər an başlaya bilər. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin dondurulmasına imkan verməyəcək! «Dağlıq Qarabağ problemi dondurulmuş münaqişəyə çevrilməyəcək. Azərbaycan mövqeyində qətidir». Bunu erməni politoloq Aleksandr İskəndəryan deyib. O Bildirib ki, prosesin uzanması müharibə ilə nəticələnə bilər. Digər siyasi icmalçı Ruben Akopyansa diqqəti Türkiyə ilə münasibətlərin normallaşmasına yönəldib. «Proseslər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan arasında normallaşma prosesi kompleks şəkildə həll edilməlidir. Başqa çıxış yolu yoxdur. Türkiyə sərhədləri Dağlıq Qarabağ münaqişəsinə görə bağlayıb. Münaqişə həll edilsə, erməni-türk münasibətləri normallaşacaq. Yəni, Ankara ilə sərhədlərin açılması birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır» - Akopyan belə deyib. Birləşmiş Ştatların dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi filip qordon isə növbəti dəfə regionda baş verən proseslərlə əlaqədar ölkəsinin mövqeyini açıqlayıb. Vaşinqton regionda sülhün bərpasının Ankara və İrəvandan asılı olduğunu güman edir. «Türkiyə ilə Ermənistan protokolları ratifikasiya etməli və həyata keçirməlidir. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə ayrılıqda həll edilməlidir. Prosesin həlli regionda sabitliyin möhkəmlənməsi və digər münaqişələrin çözülməsini asanlaşdıracaq» - Filip Qordon belə deyib. «Stratfor» araşdırmalar mərkəzi isə hesab edir ki, indiki məqamda regionda sabitlikdən danışmaq tezdir. Qurum baş verən proseslərin fonunda Rusiya, Türkiyə və İranın təsiri ilə bölgədə gərginliyin artacağını proqnozlaşdırır.lider

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar