SON XƏBƏRLƏR

mərhum Bəxtavərin dəfn mərasimində tutuqlanan milli-mədəni fəallar, hələdə həbsdə saxlanılır

2021.10.20, 07:36
mərhum Bəxtavərin dəfn mərasimində tutuqlanan milli-mədəni fəallar, hələdə həbsdə saxlanılır

Gunaz.tv
GünAzTv: Təbrizdə milli-mədəni fəallar cənab Murtaza Silab (İsfahan Universitetində "Dan Ulduzu " öyrənci dərgisinin məsulu), Əli Təhəmtən (Azərbaycan musiqi ustadı) və Rza Əbri bir ay həbsdə saxlanıldıqdan sonra hələdə azadlığa buraxılmayıblar. Adını çəkdiyimiz milli-mədəni fəallar 2009-cu il dekabr ayının 29-da Təbrizin Maralan qəbiristanlığında mərhum Çingiz Bəxtavərin dəfn mərasimində iştirak etdikləri zaman İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıblar. onlar dəfn mərasimində Azərbaycanın Milli marşını oxuyub və bu itkini Azərbaycan xalqına baş sağlığı vermişdilər. Bu mərasimdən sonra tutuqlanan milli-mədəni fəallar dəfn mərasimində iştirak etməklə sistemin əleyhinə təbliğ, qanunsuz qruplarda üzlük və milli təhlükəsizliyi pozmağa cəhddə ittiham olunurlar. Qeyd edək ki, saxlanılan soydaşlarımız saxlanıldığı müddətdə öz ailə üzvləri və vəkilləri ilə görüşmək hüququndan məhrum ediliblər. Məhkəmə rəsmiləri onların vəkil və ailə üzvlərinin vəsiqə müqabilində onların azad edilməsi tələbini rədd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar