SON XƏBƏRLƏR

Müsabiqənin son nəticəsi: Tirəxtur 2 – Mələvan 1

2021.10.20, 07:36
Müsabiqənin son nəticəsi: Tirəxtur 2 – Mələvan 1

Gunaz.tv
GünAzTv: Xəbər verdiyimiz kimi bu gün fevral ayının ikisi Təbrizin Səhənd Stadionunda Tirəxturla Mələvan arasında futbol yarışı keçirildi. birinci hissənin nəticəsi dəyişməyərək müsabiqə (2 – 1) Tirəxtur komandasının xeyirinə olaraq yekunlaşdı. Təbriz şəhərinin böyük Səhənd Stadionunda keçirilən müsabiqədə keçmiş yarışlar kimi Tirəxtur komandası tərəfdarları öz komandalarını təşviq edərək hər zaman ki aktivliklərini nümayiş etdirdilər. Baxmayaraq ki müsabiqə həftə arası iş günündə keçirildi, Stadionda tamaşaçıların sayı 45000 nəfərdən çox təxmin edilirdi. Milli komandamızın oyunçuları bu müsabiqədə qırmızı formada zahir oldular. Xatırladaq ki, son aylarda Tirəxtur komandasının oyunu ölkə daxili və xarici mətbuatının diqqətini cəlb edib. Keçmiş müsabiqələrdə hətta 200000-ə yaxın komanda tərəfdarlarının Stadiona gəlməsi İran tarixində Futbol tamaşaçılarının sayı üzrə rekordu dəyişib. Daha diqqəti çəkən məqam ondan ibarətdir ki, Tirəxtur müsabiqələrində 10 minlərlə Azərbaycanlı öz milli hüquqlarını tələb edən şüarlar səsləndirirlər. Buda İran Təhlükəsizlik Qüvvələrini vahiməyə salır. O üzdən Təhlükəsizlik Qüvvələri komanda tərəfdarlarına onları tutmaq kimi, SMS xidmətini dondurmaq kimi müxtəlif formalarda təzyiqlər gostərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar