SON XƏBƏRLƏR

Təbrizin mühafizəkar nümayəndəsi: 90 proqramının seçilmiş müsahibələri Azərbaycan xalqını lağa qoymaqdır

2021.10.20, 07:36
Təbrizin mühafizəkar nümayəndəsi: 90 proqramının seçilmiş müsahibələri Azərbaycan xalqını lağa qoymaqdır

Gunaz.tv
GünAzTv: Azərbaycanla bağlı xəbərlərin İran Tele-Radiosunda əks olma forması Təbrizin mühafizəkar Nümayəndəsinin etirazına səbəb olub. "Fərda" xəbər saytına danışan, Təbrizin millət vəkili, İran parlamenti mühafizəkarlar fraksiyonunun üzvü Məhəmməd Hüseyn Fərhəngi inanır ki, Tirəxtur futbol komandası tərəfdarlarından alınan müsahibələrın seçilərək yayılması Azərbaycan xalqını lağa qoymağa yönəlib. Millət vəkili 90 proqramını Tirəxtur komandasının tərəfdarlarına münasibətdə sərt tənqid edib. O bəyan edib ki, 90 proqramı başlanqıcdan Təbriz əhalisi ilə yaxşı münasibəti olmayıb. O hər zaman Təbrizi haşiyəyə buraxıb. Hələ SMS xidmətinin işləyib-işləməməsi bir yana qalsın, Təbriz Stadionunda SMS məsələsindən sonra aldıqları müsahibə növü və müsahibələrdə olunan seçim çox xoşa gəlməz idi. Belə sual ortalığa çıxır ki, bu necə tele-radiodur ki 90 proqramı kimi tərəfdarı olan proqramda Azərbaycan xalqı lağa qoyulur?!. O əlavə edib ki, Milli Kütləvi İnformasiya Vasitələri komandanın istiqbal və qarşılanmasının yerinə komanda tərəfdarlarında zəyiflik axtarır. Azərbaycanlı tamaşaçılarının mədəniyyəti və mətinliyi ölkənin heç bir yerində görünmür. Ancaq bunu əks etdirmək yerinə zəyif nöktələri tapmağı və onu qabartmağa çalışırlar. Bununlada Təbriz Əhalisinin milli heysiyyətini sual altına salırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar