SON XƏBƏRLƏR

Güney Azərbaycanlı jurnalist, Həsən Ərkin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Güney Azərbaycanlı jurnalist, Həsən Ərkin məhkəmə iclası keçirilib

Gunaz.tv
GünAzTv: dünən fevral ayının 1-də Güney Azərbaycanlı jurnalist Həsən Ərkin məhkəmə iclası keçirilib. Məhkəmə iclası Təbriz şəhərinin İnqilab Məhkəməsində baş tutub. əldə etdiyimiz məlumata görə, Cənab Ərk 2009-cu il sentyabr ayının 21-də (1388-ci il şəhrivər ayının 30-u) ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən Təbriz şəhərində tutuqlanaraq 39 gün saxlanıldıqdan sonar 50000 dollarlıq mülki vəsiqə müqabilində azadlığa buraxılmışdı. Peşəkar jurnalist cənab Ərk sistemin əleyhinə tənliğ, İran Rəhbərinə və Polis qüvvələrinə qarşı böhtan və GÜNAZ.TV kanalı ilə müsahibə vermək vasitəsi ilə milli təhlükəsizliyə qarşı cəhddə ittiham olunub. Məhkəmə sədri Qazi Bayat Jurnalistin mühakimə prosesində onun GÜNAZ.TV ilə müsahibəsini sistemin əleyhinə təbliğ kimi qiymətləndirib. Baxmayaraq ki, İran qanunlarına görə xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibə vermək sistemin əleyhinə təbliğ sayılmır ancaq məhkəmə sədri cənab Ərkin GÜNAZ.TV-yə verdiyi müsahibəni sistemin əleyhinə təbliğ kimi qəbul edib. Cənab Ərk fəaliyəti qadağan olmuş "Şəms-i Təbriz" nəşriyəsinin yazıçılar heyətinin üzvü olub. O Güney Azərbaycanın tanınmış ziyalı və yazıçılarından biridir. Qeyd edək ki, Məhkəmə iclası qapalı keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar