SON XƏBƏRLƏR

Haşimi Rəfsəncaninin övladlarını məhkəmə gözləyir

2021.10.20, 07:36
Haşimi Rəfsəncaninin övladlarını məhkəmə gözləyir

Gunaz.tv
GünAzTv: İran İslam Respublikasının keçmiş orezidenti, nüfuzlu ruhani, Keşikçilər Məclisinin rəhbəri və Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin övladlarına qarşı ittihamlara baxılması üçün Tehran məhkəməsinə müraciət olunub. Bu xəbəri FARS xəbər agentliyi İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini İbrahim Rəisiyə istinadən yayıb. Məhkəmə rəsmisinin bildirib ki, "ölkənin yüksək vəzifəli şəxslərinə yaxın olduqlarına görə kiminsə cinayət işinə baxılmayacaq" - deyənlər səhv düşünürlər. Xatırladaq ki, iyun ayı qalmaqallı prezident seçkisindən sonra yaranmış Aksiyalar zamanı iki dəfə Haşimi Rəfsəncanin qızı Faizə həbs olunub. Mehdi Haşimi isə, neçə aydır ki, Britaniyadadır. İranın sabiq Prezidentinin övladları Mehdi və Faizə xanım Haşimi bundan əvvəl dəfələrlə Əhmədinejadın tərəfdarları tərəfindən ölkədə iğtişaş yaratmaqda ittiham olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar