SON XƏBƏRLƏR

Tehranda etiraz aksiyasi keçirilib

2021.10.20, 07:36
Tehranda etiraz aksiyasi keçirilib

Gunaz.tv
GünAzTv: İran paytaxtı Tehranda yeni etiraz aksiyasi keçirilib. Dünən keçirilən aksiyada nümayişçilər həbsxanalardan birinin qarşısında toplaşaraq Aşura günü həbs edilənlərin azadlığını tələb ediblər. 800-dək şəxsin iştirak etdiyi aksiyada Tehranda baş verən son nümayişlərdə və ötən ilin dekabrında Aşura günü həbs edilənlərin yaxınları iştirak edib. Nümayişçilər edam hökmünün ləğvini, yaxınlarının tezliklə azadlığa buraxılmalarını və məhkəmə proseslərinə son qoyulmasını tələb ediblər. Məlumata görə, aksiya zamanı polis jiddi müdaxilə etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar