SON XƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor institutunda “Güney Azərbaycan Folkloru Antologiyası” çapa hazırlanır

2021.10.20, 07:36
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor institutunda “Güney Azərbaycan Folkloru Antologiyası” çapa hazırlanır

Gunaz.tv
GünAzTv: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda ayrı-ayrı regionlardan folklor nümunələrini toplanılaraq çap edilməsi işi yüksək səviyyədə davam etdirilir. artıq Folklor İnstitutunda Azərbaycan Folkloru Antologiyası seriyasından “Dərbənd Folkloru Antologiyası” işıq üzü görüb. Bu işin davamı olaraq “Güney Azərbaycan Folkloru Antologiyası” da çapa hazırlanmaqdadır. GÜNAZ.TV mətbuat mərkəzinin sia-ya istinadən yaydığı məlumata görə, Bu kitabda Güney Azərbaycanın Şəbüstər (Güney) mahalının folkloru, etnoqrafiyası, adət-ənənələri öz əksini tapacaq. Bu kitabda çap olunacaq folklor nümunələri və etnoqrafik materiallar vaxtilə güneyli tədqiqatçılar tərəfindən toplanılıb. İndi isə bu kitabda hər şey sistemli, birləşdirici formada ifadəsini tapacaq. İşıq üzü görəcək kitab Güney Azərbaycanın zəngin folklorunun az bir hissəsini əhatə edir. Kitabda Şəbüstər mahalının folklor nümunələri öz dili, hətta şivə xüsusiyyətləri ilə birgə ifadəsini tapacaq. Yeri gəldikcə gərəkli izah və qeydlər zəngin folklor materiallarını müşayiət edəcək. Toplanan folklor materialları güneyli-quzeyli Azərbaycanın tarixi-mənəvi cəhətdən bir olduğunu sübut edən qiymətli bir mənbədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar