SON XƏBƏRLƏR

İran yeni başlamış vizasız rejimi, Azərbaycanlı jurnalistlərə şamil etmir

2021.10.20, 07:36
İran yeni başlamış vizasız rejimi, Azərbaycanlı jurnalistlərə şamil etmir

Gunaz.tv
GünAzTv: Fevral ayının 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarına viza soruşulmur. Ancaq yeni qanun Azərbaycanlı jurnalistlərə şamil edilmir. Bu barədə Azərtac xəbər yayıb. Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi bildirib ki, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək: "Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır". Qaşqavi İran İslam Respublikasının əsas bayramı – İslam inqilabının 31-ci ildönümü münasibətilə Azərbaycandakı səfirliyi üçün inşa olunan binanın açılşında iştirak etmək üçün Bakıya gəlib. Yeni binada İran səfirliyinin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar