SON XƏBƏRLƏR

Fransa Polisi İran səfirini yaxşıca döyüb

2021.10.20, 07:36
Fransa Polisi İran səfirini yaxşıca döyüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fransa polisi İranın Fransadakı səfirini yaxşıca döyüb. Belə ki, İran səfirliyi bu ildə hər ilki kimi diktator Xomeyninin İrana gəldiyi günü münasibəti ilə bağlı Nufel-Loşatuda tədbir keçirib. Fransada yaşayan bir qrup İranli isə əllərində plakat tutaraq İranın qeyr demokratik tutumlarına qarşı aksiya keçiriblər. "Diktatora Ölüm" və "məhbuslar azad olsun" kimi şüarlar səsləndiriblər. Bu arada İran səfirliyinin rəsmiləri avtobusdan düşüblər. Fransanı İran hesab edən səfir Mehdi Mir Əbutaleb aksiyaçılara hücum edib. Polis buna maneə olunca polisin sinesinə bir yumruq vurub. Bundan sonra çox marağlı mənzərə yaranıb. Polislər Səfiri əməlli-başlı döyüb. Onu ayaqlarının altına salır təpiklə vurublar. Sonda Səfiri yerə uzadıb əlinə qandal vurmaq istəyiblər. Bu arada səfirlik rəsmiləri özlərini polisə çatdırıb döyülənin səfir və toxunulmazlığını xatırladaraq onu polislərin əlindən alıblar. Səhnəni canlı izləyən şahidin sözlərinə görə, tədbir boyu səfirin üz-gözünü görmək başqa bir aləm imiş. xatırladaq ki, səfir bu vəzifəsindən öncədə İranın bir çox mühüm postlarında vəzifə tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar