SON XƏBƏRLƏR

farsdilli prezidentlər Novruz bayramını Şirazda qeyd edəcəklər

2021.10.20, 07:36
farsdilli prezidentlər Novruz bayramını Şirazda qeyd edəcəklər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran, Əfqanıstan və Tacikistan Prezidentləri Novruz bayramını Şirazda birlikdə keçirəcək . Bu xəbəri MEHR xəbər agentliyi İran İslam Respublikasının Tacikistandakı səfiri Əli Əsğər Şerdustə istinadən yayıb. Səfir bildirib ki, Tacikistan və Əfqanıstan Prezidentləri Novruz bayramı tədbirlərində iştirak etmək üçün mart ayının sonlarında İrana səfər edəcək. Şerdust əlavə edib ki, üç farsdilli ölkə Əfqanıstan, Tacikistan və İran Prezidentlərinin razılşamasına əsasən, bundan sonra hər il novruz bayramı şənlikləri bu ölkələrdən birində keçiriləcək. 2008-ci ildə novruz bayramı tədbirləri İran XİN rəhbərinin iştirakı ilə Tacikistanda, ötən il Əfqanıstanda, bu il isə üç ölkənin prezidentinin iştirakı ilə İranın Şiraz şəhərində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar