SON XƏBƏRLƏR

“İl-76” təyyarəsinin İrana silah daşıdığı təsdiqlənib

2021.10.20, 07:36
“İl-76” təyyarəsinin İrana silah daşıdığı təsdiqlənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ötən ilin dekabrında Şimali Koreyadan silah daşıyarkən Tailandda Amerika kəşfiyyatının məlumatı əsasında saxlanan “İl-76” təyyarəsinin yükü İrana apardığı təsdiqlənib. ”Röyter" agentliyi xəbər verib ki, Tailand hökuməti təyyarə ilə bağlı araşdırmaların yekunu olaraq BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bu barədə göstərib. Xəbər verildiyi kimi, təyyarə Ukraynadan havaya qalxandan sonra Bakı ətrafındakı "Nasosnı" hərbi bazasında yerə enib, daha sonra Birləşmiş Ərəb Əmirlikləri və Tailandda yanacaq götürməklə Şimali Koreyaya uçub. Oradan isə 40 tona yaxın silah-sursat yüklənərək geri qayıdarkən Tailandda enib və saxlanılıb. Bu hadisə böyük beynəlxalq qalmaqala çevrilib və yükün sahibini tapmaq üçün aparılan araşdırmalar bir çox qalmaqallı faktları üzə çıxarıb. Məlum olub ki, təyyarəni icarəyə götürən Yeni Zelandiya şirkəti Azərbaycan neftinin alıcılarından biridir, ancaq bu neftin hansı ölkə üçün alındığı açıqlanmır. Amerika və Avropa ekspertləri isə təyyarənin uçuş planını əldə edərək onun İrana uçduğunu üzə çıxarmışdılar. Lakin Tehran bu iddiaları rədd edib. Bununla belə Tailand hüquq-mühafizə orqanlarının apardıqları istintaq üzə çıxarıb ki, silahlar həqiqətən Tehrana aparılırmış. Bu hesabat gələn ay BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir. BMT Təhlükəsizlik Şurasının sanksiyasına əsasən Şimali Koreyadan silah idxalı qadağandır. Güman olunur ki, İran bu silahları Yaxın Şərqdəki qruplaşmalara ötürmək üçün alırmış. İtaliya mətbuatı isə yazır ki, “İl-76"nın Tailandda həbsindən sonra Şimali Koreyadan silah alınması işini həyata keçirən İran kəşfiyyat zabitləri mürəkkəb durumla üzləşiblər. ”Corriere della Sera" qəzeti bu zabitlərdən birinin adının İbrahim Dəşti olduğunu yazır. Şimali Koreyadan silah alınması işinə İran kəşfiyyatının xüsusi təyinatlı “əl-Qüds” briqadası rəhbərlik edib. Bildirilir ki, “Sepah” zabitləri Şimali Koreyadan silah daşınması işini kifayət qədər yaxşı təşkil etmişdilər və bu kanalla uzun müddət “Hizbullah” üçün kommunist ölkəsindən silah alınıb. Təyyarənin Tailandda saxlanılmasından sonra İran kəşfiyyatının bu kanalı deşifrə olub. Qəzetin yazdığına görə, hazırda İranda əməliyyatın ifşa edilməsinə görə araşdırma aparılır və “Sepah”ın həmin zabitləri işdən kənarlaşdırılıb. Eyni zamanda İranın İnqilab Keşikçiləri Korpusu Şimali Koreyadan xahiş edib ki, silah göndərilməsini müvəqqəti dayandırsın. Məlumata görə, saxlanılan silahdan sonra Şimali Koreya İrana daha 55 ton silah-sursat yola salmağa hazırlaşırdı. Qeyd edək ki, Azərbaycan rəsmiləri təyyarənin hansı səbəbdən hərbi hava bazasında yerə enməsi ilə bağlı izahat verməyiblər. Təyyarənin Bakıda yerə enməsi bir neçə mənbədən, o cümlədən Ukrayna və Tailand hökuməti tərəfindən açıqlanıb. Buna baxmayaraq Bakıda faktı israrla təkzib ediblər. Nəticədə beynəlxalq silah qaçaqmalçılarının Azərbaycan üzərindən keçən marşrutu ilə bağlı məsələlər qaranlıq qalıb. Lakin gözlənilir ki, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı gündəmə gələcək. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar