SON XƏBƏRLƏR

Beynəlxalq Təşkilat “Xocalıya ədalət” kampaniyasına dəstək qətnaməsi qəbul edib

2021.10.20, 07:36
Beynəlxalq Təşkilat “Xocalıya ədalət” kampaniyasına dəstək qətnaməsi qəbul edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Cari ilin yanvar ayının 31-də Uqandanın paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin Parlament Birliyi (İKT PB) Konfransının təşkil etdiyi 6-cı sessiyası öz işini başa çatdırıb. Təşkilat “Xocalıya ədalət” kampaniyasına dəstək qətnaməsi qəbul edib. Qətnaməyə 51 ölkənin parlament nümayəndəsi imza atıb. Qəbul edlən sənəddə deyilir ki, qurum təşkilatın Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir.Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. Qeyd edək ki, İKT-də qəbul edilən sənədlər rəsmi şəkildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına da göndərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar