SON XƏBƏRLƏR

Azərbaycan! Azərbaycan! Azərbaycan!

2021.10.20, 07:36
Azərbaycan! Azərbaycan! Azərbaycan!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, yanvarın 31-i Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə bu gün Rəsulzadənin doğma kəndi Novxanıda anım mərasimi keçirilib. "Müsavat" partiyasının təşəbbüsü ilə keçirilən mərasimdə ictimai xadimlər, məktəblilər, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Məmmədəmin Rəsulzadənin atasının və oğlunun da məzarlarını ziyarət ediblər. Anım mərasimində edilən bütün çıxışlarda Məmmədəmin Rəsulzadəyə müasirlər tərəfindən layiqli qiymətin verilmədiyi, ona hələ də yaratdığı dövlətdə heykəlin qoyulmadığı vurğulanıb. Böyük dövlət xadimi 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. Rəsulzadə “Əsri” qəbristanlığında dəfn edilib. 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar