SON XƏBƏRLƏR

İran hakimiyyəti 16 müxalifət tərəfdarını mühakimə edir

2021.10.20, 07:36
İran hakimiyyəti 16 müxalifət tərəfdarını mühakimə edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, yanvarın 30-da İranda 16 müxalifət fəalı məhkəmə qarşısına çıxarılıb. Müxalifətçilərin mühakiməsi sərt xətt tərəfdarı Ayətullah Cənnətinin daha çox nümayişçilərin edama məhkum edilməsinə çağırışından sonraya təsadüf edir. iki qadının daxil olduğu müttəhimlər dekabrda keçirilən nümayişlər zamanı iğtişaşlar törətməkdə və təbliğat yaymaqda ittiham olunurlar. Onlardan beşi allahın düşməni olmaqda ittiham olunurlar ki, bu cinayətə görə edam cəzası düşür. Dekabrda baş verən nümayişlər zamanı ən azı səkkiz adam öldürülmüş və yüzlərlə adam həbs olunmuşdu. Cümə axşamı İranda iki siyasi dissident edam olundu. Bu, altı ay bundan öncə siyasi böhran başlanandan bəri ilk belə edam idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar