SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda çoxlu sayda PEJAK terroristləri öldürülüb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda çoxlu sayda PEJAK terroristləri öldürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın qərb bölgəsində PKK terror təşkilatının qollarından olan PEJAK-a qarşı keçirilən əməliyyatda çoxlu sayda terrorçu zərərszləşdirilib. Qərbi Azərbaycan Valiliyinin açıqlamasında bu əməliyyatın Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadəyə qarşı törədilən sui-qəsdlə bağlı olduğu bildirilib. Yanvarın 29-da baş tutan əməliyyat zamanı çoxlu sayda terrorist öldürülüb. ancaq onların sayı barədə dəqiq məlumat yoxdur. terroristlərdən biri isə sağ olaraq ələ keçirilib. Xatırladaq ki, PEJAK Qulvzadəyə qarşı törədilən sui-qəsdi öz üzərinə götürmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar