SON XƏBƏRLƏR

Rusiya və Türkiyə prezidentləri Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

2021.10.20, 07:36
Rusiya və Türkiyə prezidentləri Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yanvarın 30-da Rusiya və Türkiyə prezidentləri Dmitri Medvedev və Abdullah Gül arasında telefon danışığı olub. Kremlin mətbuat xidməti telefon danışığında beynəlxalq məsələlərə dair Rusiya-Türkiyə əməkdaşlığının müzakirə olunduğunu açıqlayıb: “Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı A. Gül Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi əldə edilməsi üçün göstərilən beynəlxalq səylərə töhfəsini yüksək qiymətləndirib. Tərəflər Qara dəniz regionunda aparılan birgə işdən məmnuniyyət duyduqlarını bildirərək Avropada təhlükəsizlik məsələləri , o cümlədən Avropada təhlükəsizliyə dair müqavilənin hazırlanması ilə bağlı Rusiyanın irəli sürdüyü təşəbbüsə toxunublar”. Kremldən bildiriblər ki, yaxın vaxtlarda iki ölkə münasibətlərində əsas hadisə Rusiya prezidentinin may ayında Türkiyəyə rəsmi səfəri olacaq. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar