SON XƏBƏRLƏR

Amerika körfəzdəki raketdən müdafiə sistemini gücləndirir

2021.10.20, 07:36
Amerika körfəzdəki raketdən müdafiə sistemini gücləndirir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Obama administrasiyası İrana qarşı sanksiyaların geniş yayıldığı bir dövrdə İran tərəfindən mümkün raket hücumuna qarşı müdafiə sistemini möhkəmləndirmək məqsədilə müttəfiq ərəb ölkələrindəki bazalarını gücləndirmək niyyətindədir. APA “Associated Press”ə istinadən yaydığı məlumatda bildirir ki, ABŞ (Amerika Birləşmiş Ştatlar) İran körfəzində yerləşən bəzi müttəfiq ərəb ölkələrində özünün raketdən müdafiə sistemini gücləndirmək üçün «Patriot» raketlərinin sayını artırıb. Rəsmi məlumatlara görə, ABŞ hətta İran körfəzindəki dəniz donanmasını da genişləndirməkdədir. ABŞ müdafiə naziri Robert Geyts ABŞ-ın həm Avropa, həm də İran körfəzindəki müdafiə sisteminə yeni yanaşmadan danışıb. O bu mövzunun çox həssas olduğunu vurğulayaraq, detallar haqda məlumat verməkdən imtina edib. R.Geyts deyib ki, amerikalılar İran körfəzindəki müttəfiq ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər əsasında əməkdaşlıq edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar