SON XƏBƏRLƏR

Avropa İttifaqı ilə Azərbaycan arasında, viza rejimi sadələşdiriləcək

2021.10.20, 07:36
Avropa İttifaqı ilə Azərbaycan arasında, viza rejimi sadələşdiriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Polşanın (Lehestan) xarici siyasət idarəsi başçısının səlahiyyətli nümayəndəsi Ancey Çeşkovski bildirib ki, biz Azərbaycan ilə Avropa ittifaqı arasında assosasiya haqqında saziş imzalamağa çalışırıq. “Şərq tərədaşlığı” fəaliyyətə başlamazdan əvvəl Aİ-da heç kəs Azərbaycan ilə assosiasiyalı sazişlər imzalamaq barədə düşünmürdü. İndi isə bunu gerçəkləşdirmək imkanı yaranıb. Bütün bunlar onu göstərir ki, “Şərq tərəfdaşlığı” Avropa İttifaqını şərqdəki qonşularla əməkdaşlıq məsələlərinə daha cəsarətlə yanaşmağa çağırır. onun sözlərinə görə,“Şərq tərəfdaşlığı” başqa təşəbbüs və proqramlarla müqayisədə kifayət qədər sürətlə inkişaf edir. bu gün Ukrayna Avropa İttifaqı ilə assosasiya haqqında saziş imzalamağa çox yaxındır. Bu, hətta cari ildə baş verə bilər. Moldova ilə oxşar danışıqlara başlanılıb, Qafqaz ölkələri ilə danışıqlar üzərində iş gedir. Belarus isə bu məsələdə çox fəaldır və hazırda viza rejiminin sadələşdirilməsi ilə bağlı bu ölkə ilə danışıqlar aparılır. Gürcüstan ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqlar artıq başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar