SON XƏBƏRLƏR

Tikantəpə şəhərinin divarları, "Ana Dili" günü ərəfəsində milli şüarlarla bəzənib

2021.10.20, 07:36
Tikantəpə şəhərinin divarları, "Ana Dili" günü ərəfəsində milli şüarlarla bəzənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yunesko tərəfindən "Ana Dili" günü kimi elan edilən 21 fevral günü ərəfəsində, yenədə Güney Azərbaycanda milli məzmunlu şüarlar yüksəlməkdədir. "Təbrizsesi"-nin yaydığı məlumatda bildirilir ki, Tikantəpə şəhərinin bir sıra divarları "Yaşasın Azərbaycan", "Ana Dilim-Türk Dili", "Türk Dilində Mədrəsə", "İran Türk üçün zindandır" və "Ana Dili" kimi şüarlarla bəzənib. Xatırladaq ki, qeyd etdiyimiz faktın yeniliyi yoxdur. Hər il Güney Azərbaycanın müxtəlif şəhərləri "Ana Dili" Günü ərəfəsində oxşar süarlarla bəzənir, bildirişlər yayılır və müxtəlif formada İranın radikal anti türk siyasətinə etirazlar bedilir. Bu ildə keçən illər kimi eyni etiraz səslərinin yüksəlməsi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar