SON XƏBƏRLƏR

Kürdlər niyə və kimə qarşı silahlanırlar?!

2021.10.20, 07:36
Kürdlər niyə və kimə qarşı silahlanırlar?!

Gunaz.tv
( Milli fəallar Batı Azərbaycanda kürd silahlılarının təhlükə yaratdıqlarını xəbər verirlər) Son aylarda İranda rejiminə qarşı etiraz aksiyaları və ixtişaşlar şiddət tapıb və bunla da paralel İran hökumətinə bağlı olan informasiya orqanlarının verdiyi məlumata görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı kürdlər vasitəsi ilə nigaranedici halda artıb. Batı Azərbaycan polisinin rəisi kütləvi informasiya vasitələrinə xəbər verib ki, İran günəş ilinin birinci beş ayında Batı Azərbaycanda hərbi silah qaçaqçılığı 153 % artıb və 35 dəstə silahlı qaçaqçı mafiyası polis tərəfindən aşkar olunub, dağıdılıb və 73 nəfər tutulub. Polis tərəfindən 643 ədəd hərbi silah və 23 ədəd ov silahı müsadirə olunub. Onun fikrinə görə, Batı Azərbaycanda hərbi silah qaçaqçılığı hədsiz təhlükəli vəziyyətə gəlib çıxıb. Milli fəalların verdiyi məlumata görə, Batı Azərbaycanda silah qaçaqçılığı kürdlərin vasitəsi ilə həyata keçirilir və bu vasitə ilə Batı Azərbaycanda yaşayan kürdlər silahlanırlar. Və belə bir ciddi təhlükə var ki, böhran şəraiti yaranarsa, kürdlər ondan faydalanıb Güney Azərbaycanın bəzi şəhərlərin, o cümlədən, Urmu, Salmas, Xoy və Makunu işğal edələr. Unutmayaq ki, belə bir vəziyyəti kürdlər İrakda türkmənlərə qarşı həyata keçirməyə müvəffəq olmuşdurlar. İranda rejimə qarşı fars müxalifətindən başqa, kürdlər də özlərin bir müxalif qüvvə kimi dünya ictimaiyyətinə rəsmi formada tanıdıblar. Amma çox təəssüf yeri var ki, Güney Azərbaycana aid olan siyasi müxalif qüvvələr lazım olan qədər bir müstəqil güc kimi dünyada tanına bilməyiblər. Kürdlər bəzi xarici ölkələrdən, o cümlədən, Ermənistan, ABŞ və bəzi ərəb ölkələrindən, hətta İsraildən maddi yardım almağa müvəffəq olublar. Onlar birinci növbədə güclü informasiya vasitələri yaradıb və bu sahə üzrə minlərlə kadr tam ştatda çalışır. Xüsusən, Amerika İraqa həmlə edəndən sonra İraqın Kürdüstanında kürdlər xüsusi muxtariyyat yaratdılar, daha sonra onlar İran və Türkiyədə olan kürd siyasi qüvvələrinə açıq və ya gizli halda hər cür yardım edirlər. Bir müddət bundan öncə İraq Kürdüstanının informasiya vasitələrinin yaydığı məlumta görə, İraq Kürdüstanının büdcə layihəsindən İranda fəaliyyət göstərən kürd təşkilatlarına xüsusi büdcə ayrılır. Bu layihədə İran kürdlərinə ayrılmış pul bundan ibarətdir: 1.Kürdüstanın Demokrat Partiyasının Abdullah Həsənzadə qanadına ayda 55 milyon dinar. 2.Kürdüstanın Demokrat Partiyasının Mustafa Hicri qanadına ayda 55 milyon dinar. 3.Komilə Partiyasının Abdulla Məhtədi qanadına ayda 50 milyon dinar. 4.Komilə Partiyasının Ömər İlxanizadə qanadına ayda 50 milyon dinar. 5.Komilə Partiyasının İbrahim Əlizadə qanadına ayda 50 milyon dinar. 6.Əli Qazinin rəhbərlik etdiyi Kürdüstanın Part Azad Təşkilatına ayda 45 milyon dinar. 7.Baba Şeyx Hüseyninin rəhbər olduğu Kürdüstanın Xibat Təşkilatına ayda 50 milyon dinar. 8.Simkonun rəhbər olduğu Şurişgiran Birliyi Təşkilatına ayda 45 milyon dinar. Unutmayaq ki, üstə qeyd olunan maliyyə yardımı İraq Kürdüstanının illik büdcə layihəsində qeyd olunub və Kürdüstanın informasiya vasitələri onu yayıblar. Bundan əlavə, İranın kürd siyasi təşkilatlarına İraq Kürdüstanından gizli formada çoxlu sayda silah verilir və maddi yardım olunur. Güney Azərbaycandan aldığımız məlumata görə, İran rejiminə qarşı İranda iğtişaşların artması Ermənistan rejimin çox narahat etmişdir. Elə bu səbəbə görə, qeyri - rəsmi məlumata əsasən Ermənistan hökumətinin təmsilçiləri ilə İran kürd təşkilatlarının təmsilçiləri arasında əlaqələr və müzakirələr artıb və Ermənistan İran kürdlərinə etdiyi yardımı artırıb. Bundan da əsas məqsəd ondan ibarətdir ki, əgər İran rejimi yıxılarsa, kürd, fars və erməni birliyi ilə Güney Azərbaycandan Ermənistana gözlənilən təhlükənin qarşısı alınsın. Çox təəssüf, Güney Azərbaycanın təşkilatları öz fəaliyyətlərini maliyyələşdirməkdə ciddi problemləri var. Onlar heç bir yerdən bir manatda olsa maddi yardım almırlar. Məlumatı hazırladı: azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar