SON XƏBƏRLƏR

İranda bu gün iki nəfər edam olunacaq

2021.10.20, 07:36
İranda bu gün iki nəfər edam olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda bu gün iki nəfər edam olunacaq. FARS xəbər agentliyi yaydığı məlumatda bildirir ki, Tehran şəhər Baş Prokurorluğunun ağır cinayətlər şöbəsinin rəhbəri Fəxrəddin Cəfərzadə bu gün Evin həbsxanasında iki nəfərin edam olunacağını bildirib. Cəfərzadənin bildirib ki, 2009-cu ilin oktyabr ayında Məsud və Məhəmməd adlı iki şəxs Tehranın Ləvasan məntəqəsində baş verən qadın zorlama hadisəsində suçlanırlar. Tehranın 72 saylı İnqilab Məhkəməsi cinayəti törədənlər haqqında ölüm hökmü çıxarıb. Xatırladaq ki, Amnesty İnternational-ın məlumatına əsasən, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar