SON XƏBƏRLƏR

edam edilən iki gəncin, iyun seçkisindən öncə həbs olunduğu bildirilir

2021.10.20, 07:36
edam edilən iki gəncin, iyun seçkisindən öncə həbs olunduğu bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin mediaforum-a istinadən yaydığı məlumata görə, Allaha qarşı müharibədə və hakimiyyətə qarşı aksiyalarda günahlandırılaraq dünən dar ağacından asılan iki gəncin 2009-cu ilin iyununda keçirilən prezident seçkisindən hələ iki ay əvvəl saxlandığı, seçki sonrası aksiyalarda heç bir rolu olmadığı barədə məlumat yayılıb. 37 yaşlı Məhəmmədrza Əlizamani və 20 yaşlı Arəş Rəhmanipur yanvarın 28-də edam edilib. Tehran İnqilab Məhkəməsi A.Rəhmanipuru və M.Əlizamanini etiraz aksiyalarında İranın dini rəhbəri ayətullah Əli Xamneyiyə qarşı şüar səsləndirməkdə, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz İran Padşahlıq Qurumu və İran Xalq Mücahidlər Təşkilatı ilə əlaqədə və Allaha qarşı müharibədə təqsirli bilmişdi. “Media forum” saytının məlumatına görə, Arəş Rəhmanipurun vəkili Nəsrin Sütudə yanvarın 28-də “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında hər iki müttəhimin 2009-cu ilin aprel ayından əvvəl saxlandığını bildirib: “Onların prezident seçkisindən sonrakı aksiyalarda heç bir rolu olmayıb. Çünki seçkidən hələ iki əy əvvəl saxlanmışdılar. Sadəcə olaraq onlar müxtəlif təzyiqlər altında etmədikləri şeylər barədə yalançı etiraflar verməyə məcbur ediliblər”. Xanım Sütudə məhbus ailələrinin edam xəbərindən şoka düşdüyünü deyib: “Arəş Rəhmanipurun heç 19 yaşı da tamam olmamışdı. Məhkəmə iclasından əvvəl onun atasına demişdilər ki, oğlunu dilə tut, məhkəmədə ona irəli sürüləcək bəzi ittihamları boynuna alsın və etiraf etsin, bu onun xeyrinə olacaq və məhkəmənin güzəştli qərar çıxarmasında təsiri ola bilər. Arəşin atası da çarəsizlikdən bununla razılaşaraq oğlundan etmədiyi şeyləri etiraf etməsini istəmişdi. Lakin göründüyü kimi, bu etiraflar heç kəsin gözləmədiyi əks-nəticə verdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar