SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar gözlənilir

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalar gözlənilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İrana qarşı sanksiyalar yenidən gündəmə gəlib. Fransa və Birləşmiş Ştatlar yeni sanksiylar üzərində işi sona çatdırıb. Yaxın vaxtlarda sənəd baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq. Rəsmi Paris və Vaşinqton İrana qarşı sanksiyalar barədə vahid mövqe hazırlayaraq BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcək. Məlumat Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Fransaya ötən gün gerçəkləşdirdiyi səfərindən sonra yayılıb. hillari Klinton isə Çinin İrana qarşı yeni sanksiyaları dəstəkləməyəcəyi halda ölkənin beynəlxalq təcridə məruz qalacağı ehtimalı ilə bağlı Pekin rəsmilərini xəbərdar edib. Dövlət katibinin fikrincə, Çin böyük neft təhizatçısı olan İranla münasibtələri gərginləşdirməmək üçün yeni sanksiyaları dəstəkləmir. Vaşinqton BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni, daha sərt sanksiyaların qəbül edilməsi üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir. Hillari Klintonun bu bəyanatı Birləşmiş Ştatlar Senatının İrana benzin ixracı ilə məşğul olan şirkətlərə və şəxslərə Amerika prezidentinin sanksiyalar tətbiq etməsinə icazə verən qanun layihəsini bəyənməsindən bir gün sonraya təsadüf edib. Analoji qanun layihəsi nümayəndələr palatasında da qəbul edilib. Prezidentin imzalamasından sonra sənəd qüvvəyə minəcək. Barak Obama isə artıq bir neçə dəfə İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına işarə edib. BMT Təhlükəsizlik Şurasında indiyədək İrana qarşı 5 qətnamə qəbul olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar