SON XƏBƏRLƏR

Ermənistan hakimiyyəti iqtisadi böhranın qarşısını almaqda aciz qalıb

2021.10.20, 07:36
Ermənistan hakimiyyəti iqtisadi böhranın qarşısını almaqda aciz qalıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatiryan bildirib ki, “Ötən il Ermənistan iqtisadiyyatı üçün proqnozlaşdırılan vəziyyətin acınacaqlı olduğu müşahidə edildi. Təhlilər və müşahidələr göstərir ki, Ermənistanda iqtisadi böhranın fəsadları aradan qalxmaq əvəzinə daha da dərinləşir". Baqrat Asatiryan əlavə edib ki, rəsmi açıqlamalarda ölkə iqtisadiyyatının 14,4% gerilədiyi bildirilır: “Ümumi Daxili Məhsul (ÜDM) istehsalı dollarla müqayisə edilsə, bu rəqəm 23% həddindədir. Bu danılmaz faktdır ki, 2009-cu ildə Ermənistanda əhalinin yaşayış səviyyəsi 30% pisləşib. 2010-ci ildə iqtisadi artım gözlənilmir və ölkənin iqtisadi durumu mənfiyə doğru daha da dərinləşir". Qeyd edək ki, 2009-cu ildə Ermənistanda 14,4% iqtisadi geriləmə müşahidə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə sənaye istehsalı 7,8%, elektirik enerjisi istehsalı 7,2%, kənd təsərrüfatı istehsalı 0,1%, inşaat sektorunun həcmi 36,4%, xarici ticarət dövriyyəsi 27% azalıb. Ötən il ölkədə işsizlərin sayı 82 min 900 nəfər artıb. Nəzərə almaq lazımdır ki, bu Ermənistan Statistika Komitəsinin rəsmi məlumatıdır, reallıqda isə Ermənistanın iqtisadi durumu daha acınacaqlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar