SON XƏBƏRLƏR

Ayətullah Cənnətinin fikricə hələ çox müxalifət tərəfdarı edam edilməlidir

2021.10.20, 07:36
Ayətullah Cənnətinin fikricə hələ çox müxalifət tərəfdarı edam edilməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ayətullah Əhməd Cənnətinin fikricə hələ çox müxalifət tərəfdarı edam edilməlidir. Dünən Tehranda Cümə namazı zamanı çıxış edən Ayətulla Əhməd Cənnəti bir gün öncə iki müxalifət tərəfdarının edam edilməsindən sonra İranın ədliyyə rəsmilərinin qərarından razı qaldığını deyib və müxalifət fəaliyyətini dayandırmayana qədər rəsmiləri müxalifət tərəfdarlarının edamına davam etməyə çağırıb. Prezident Mahmud Əhmədinejadı dəstəkləyən Ayətulla Əhməd Cənnəti İranın qüdrətli İnqilab Şurasına başçılıq edir. Cənab Cənnəti keçən ilin iyun ayında keçirilən prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarına imkan verməklə İranın böyük səhvə yol verdiyini deyib və əlavə edib ki, belə hərəkətlərə artıq güzəştə gedilməyəcək. Birləşmiş Ştatlar dünən edam edilən iki dissidentə görə İranı sərt şəkildə qınamışdır. Ağ Evin sözçüsü Bill Barton İranın həyata keçirdiyi edamları qətl kimi qiymətləndirmiş, bu hərəkəti İranın dinc müxalifətə qarşı ədalətsiz və mərhəmətsiz qanlı divan tutma siyasətinin səviyyəsini nümayiş etdirdiyini demişdir. Sözçü eləcə də, belə addımların Tehrana hörmət gətirməyəcyini, əksinə onu dünyadan təcrid edəcəyini deyib.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar