SON XƏBƏRLƏR

Richard Haas: Yetər artıq. rejimin dəyişilməsi, Sorunun tək çıxış yoludur

2021.10.20, 07:36
Richard Haas: Yetər artıq. rejimin dəyişilməsi, Sorunun tək çıxış yoludur

Gunaz.tv
Amerika Birləşmiş Ştatlarının İrana yanaşmasının Newsweek analizi ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Xarici Əlaqələr Şurasının prezidenti cənab Richard Haas bu yaxınlarda İran rejiminin vəziyyəti haqda önəmli bir təhlil irəli sürüb. Cənab Haas ABŞ-ın çox mühüm siyasətçilərindən sayılır. O İran rejimini dəyişmək üçün daxili müxaliflərin gücləndirilməsi seçənəyini araşdırıb. Mövzunun əhəmmiyyətini nəzərə alaraq GÜNAZ.TV mətbuat mərkəzi böyük siyasətçinin " Yetər Artıq " adı altında nəşr olunmuş təhlilinin mühüm özətlərini diqqətinizə çatdırır. " Yetər Artıq " -Biz İran rejiminin dəyişdirmə mübarizəsində haşiyədə qalmamalıyıq. Ümumiyətlə ABŞ-ın dünyaya olan münasibətində iki yanaşma bir-biri ilə rəqabətdə olub. Realistlər və Mühafizəkarlar. Realistlər inanır ki, biz ölkələrin öz sərhədlərinin xaricində apardıqları fəaliyətləri dəqqətə almalıyıq. Ancaq mühafizəkarlar bunun tərsini düçünürlər. Onlar deyir ki, biz gərək digər ölkələrin öz sərhədləri daxilində apardıqları siyasət və özəlliklərinə diqqət ayıraq. Mən bu zəmində realistəm. Düşünürəm ki, bir rejimi başqa bir yaxşı rejimlə dəyişdirmək daha rahat metoddur. Həmçinin bilirəm ki Vaşinqtonun hər zaman belə bir imkanı da yoxdur. Məsələn ABŞ Quzey Koreyanı kontrol etmək üçün qeyr demokratik Çinlə əməkdaşlıq etməlidir və nüvə silahlarını azaldmaq üçün tək-məhvər Rusiya ilə işbirliyinə getməlidir. Bunların elmi izahı yoxdur. 2010-cu ilin mürəkkəb Beynalxalq mövzusu isə İrandır. 2001-ci 11 sentyabr hadisələri ərəfəsində Corc Buş dövləti düşündü ki İran İnqilab ərəfəsindədir. Bununlada yalnış dəyərləndirməyə yol verdi. düşündu ki Tehranla bir başa qarşıdurmaya getmək onun ömrünü uzalda bilər. Ona görədə İranın nüvə fəaliyyətini məhdudıran şanslarından birini əldən qaçırdıq. Barak Obama qüdrətə gəlincə Ağ Evin baxışı dəyişdi və Obama İranla şərtsiz müzakirəyə hazır oldu. Bununlada Obama Ata Buş vaxtında Çinlə bağlı etdiyi kimi özünü Realistlərin əqidəsindən uzaqlaşdırdı. Başqa seçənək İranın nüvə təsisatına hücum etmək vəya İranın nüvə gücünə çevrilməsi ilə barışmaqdır. Obamanın düçüncəsi bundan ibarət idiki əgər diplomatiya işə yaramasa onda daxili və xarici dəstəkləri qazanaraq İranı təhrim (sanksiya) etmək daha rahat metoddur. Mən bura qədər Obamanın görüşündən yana idim. Ancaq indi fikrimi dəyişmişəm. Müzakirələr bir nəticəyə çatmayacaq. Belə görünür ki İranlılar nüvə silahı əldə etməyə iradələrini ortalığa qoyublar. Yoxsa müqəddəs Qum şəhəri yaxınlığında gizli Uraniyom zənginləşdirmə təsisatına nə səbəb ola bilərki?!. Xöşbəxtlikdən onların nüvə fəaliyyətlərində problemləri var. Bizim üçün imkan var ki, biz başqa bir variant üzərində işləyək. Ola bilsin ki, İranda İnqilabdan sonra siyasi dəyişimin ehtimalı tam realdır. İran rəsmiləri İyun ayındakı prezident seçkisinin nəticəsini saxtalaşdırdılar. Sonra da etirazçıları vəhşicəsinə boğdular. Bununla da öz işlərini çətinləşdirdilər. Ayətullah Xamenei və Mahmud Əhmədinəjad öz leqitimliklərinin itirildiyini his edirlər. "Yaşıl Hərəkat" gözlənildikdən artıq güclənib. ABŞ, Avropa Dövlətləri və s. Öz siyasətlərini İranda siyasi dəyişilməyə yönəltməlidirlər. Rəhbərlər İran xalqının hüququnu dilə gətirməlidirlər. Necə ki Obama Aşura aksiyalarında bunu etdi. Hamı bu metodu riayət etməlidir. Sepah-i Pasdarana (İran İnqilab Keşikçilər Korpusu) sanksiya qoyulmalıdır.onların mali mənbələrinin siyahisini internetdə yaymaq mümkündür. ABŞ şübhəli şirkətlər və Sepahın kontrolu altında olan mali firmalarla ticarət əlaqələrini kəsmək üçün Avropa Biriliyinə təzyiq etməlidir.Sepah hazırda rabitə sisteminin (moxaberat) əsas səhmdarıdır. Heç bir şirkət Sepahı insanları intenetdən məhrum etmə mexanizmində təchiz etməməlidir. İran xalqının məlumatının artması həyatı əhəmiyyət daşıyır. Xalqın internetə çıxışına xaricdən yardım etmək olar. Internet, İrana məlumat göndərmək üçün və müxaliflərin bir-biri arasında olan ən mühüm irtibat vasitəsidir. Bir sıra işləri etməmək bəzi işləri etmək qədər mühümdür. Müxaliflərə olunan yardımın zorakılıq imici olmamalıdır. Müxaliflər qərb dövlətlərinin yardımı altında olmalıdır rəhbərliyi altında deyil. Demokratiyaya dəstək və qanunsuz həbslərə son qoymaqdan başqa heç nəyə güvənmək olmaz. Hazırda ABŞ konqresi İranın benzin ithalı və neft məhsulları ayırma üzrə sanksiyaları müzakirə edir. Belə mövzular BMT-də izlənməlidir. ona görə ki, Beynalxaq təmərküz İranın qanunsuz rəftarından ABŞ-ın İrana qarşı sanksiyalarının leqimtimliyindəki şübhələrə yönəlməsin. Nüvə proqramı ilə bağlı müzakirələr dəvam etməlidir.ancaq əgər gözlənilməz inkişafla qarşılaşsaq. Onda İrana veriləcək mükafat az və məhdud olmalıdır. İran rejimi ilə Münasibətlərin tam normallaşması, gərçək İslahatların aparılması və İranın terrorizmə dəstək verməməsi ilə bağlı olmalıdır. Tənqidçilər deyirlər ki, rejimi dəyişmə siyasətini uyqulamaq, İran hakimiyyəti üçün müxalifləri casusluqda suçlamaqda şərayit yaradır. Ancaq rejim onsuzda o ittihamları vurur.xarici qüvvələr, siyasəti müxalifləri gücləndirməyə və İran məsullarının arasında yaranmış çatı böyütməyə yönəlməlidir.zaman aparsa da, Bu nəticə uzaqda deyil. keçmiş on illikdə birinci şansdır ki, İran həm ölkə daxili və həm ölkə xaricində daha yaxşı bir ölkəyə çevrilsin. Hətta bir realistdə təsdiqləyər ki, bu fürsət qaçırılmamalır. Qaynaq: Newsweek_ 28.1.2010 köçürən: GÜNAZ.TV mətbuat mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar