SON XƏBƏRLƏR

Əhmədinəjadın qatıldığı mərasimdə İran bayrağının yaşıl rəngi, göy rənglə dəyişdirilib

2021.10.20, 07:36
Əhmədinəjadın qatıldığı mərasimdə İran bayrağının yaşıl rəngi, göy rənglə dəyişdirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinəjadın qatıldığı mərasimdə İranın dövlət bayrağının təhrif olunmuş görüntüsü zalda (salon) nümayiş etdirilib. həmin görüntüdə bayraqdakı yaşıl rəngin yerinə göy rəngdən istifadə olunub. Mərasim İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad “İrna” xəbər agentliyinə təyin olunmuş yeni rəhbəri kollektivə təqdim etmək məqsədi ilə təşkil edilib. Adını çəkdiyimiz rəsmi tədbirdə İran bayrağındakı rəngin dəyişdirilməsi “yaşıl hərəkat” tərəfdarlarının və digər müxaliflərin qəzəbinə səbəb olub. Onlar olayı İran rəsmilərinin yaşıl rəngdən ehtiyatlanması ilə əlaqələndirirlər. Rəsmi İran mənbələri isə rəng dəyişikliyi barədə süküt edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar