SON XƏBƏRLƏR

İranın xaricdəki səfirlikləri "Yaşıl Səfirliklər" kampaniyası başladıb

2021.10.20, 07:36
İranın xaricdəki səfirlikləri "Yaşıl Səfirliklər" kampaniyası başladıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın içində aylardır dəvam edən "Yaşıl Hərəkat" İrandan xaricdə fəaliyət göstərən diplomatlara da sıçramaqdadır. Bu zəmində İstefa verərək Norveç hökumətindən siyasi sığınacaq istəyən Oslodakı keçmiş konsul Məhəmmədrza Heydəri jurnalistlərə açıqlamasında İranın xarici diplomatik korpuslarındakı həmkarlarını xalqın tərəfinə cəlb etmək üçün “Yaşıl səfirliklər” kampaniyasına başladıqlarını bildirib. Biz hüquq müdafiəçiləri ilə əlaqələr qurmuş, müzakirələr apardıqdan sonra birgə əməkdaşlıq barədə razılığa gəlmişik. İranın xarici ölkələrdə, o cümlədən də Afrika və Asiya ölkələrindəki diplomatik korpuslarında fəaliyyət göstərən insanlarla əlaqələr saxlayaraq onların dəstəyini qazanmışıq”. O əlavə edib ki, kampaniyada məqsəd xaricdə fəaliyyət göstərən İran diplomatlarının yaşıl hərəkat mübarizləri ilə həmrəyliyinə nail olmaqdır: “Bizim məqsədimiz həm də İran xalqının azadlıq uğrunda apardığı mübarizəyə dəstək vermək, ölkə daxilində insan hüquqlarının tapdanmasını ifşa etməkdir. Biz həmçinin xalqın öz müqəddəratını təyin etmək hüququna nail olmasının, söz və mətbuat azadlığına riayət edilməsinin, partiyaların azad şəkildə fəaliyyət göstərməsi üçün şərait yaradılmasının tərəfdarıyıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar