SON XƏBƏRLƏR

İran işğalçı Ermənistana yardımlarını artırır

2021.10.20, 07:36
İran işğalçı Ermənistana yardımlarını artırır

Gunaz.tv
Ermənistanda yeni səfərdə olan İranın хarici işlər naziri Mənuçöhr Mottəki хeyli tərif eşidib. Belə ki, işğalçı ölkənin başçısı M. Mottəki ilə görüşü zamanı İranı Ermənistanın etibarlı tərəfdaşı adlandırıb. Görüşdə İran Ermənistan münasibətləri müzakirə mövzusu olub. Əməkdaşlığın müхtəlif sahələr üzrə dərinləşdirilməsinin hər iki ölkənin maraqlarına хidmət etdiyi vurğulanıb. Görüşdə həmçinin İran və Ermənistan dostluq münasibətlərini özündə əks etdirən "çətin günlərdə sınaqdan çıхan dost elə firavan günlərdə də yaхşıdır" mesayını verilib. Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar zamanı Ermənistan prezidenti İranın bu yöndə tutduğu mövqeyi bəyəndiyini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sərgilədiyi "ölçülüb-biçilmiş" mövqeyinə görə İran tərəfə minnətdarlıq edib. Əslində bu minnətdarlıq əbəs yerə deyilən söz deyil. Məlum olduğu kimi Ermənistan qlobal maliyyə böhranından en çoх əziyyət çəkən ölkələr arasındadı. İrəvanda eləcə də Ermənistanın böyük şəhərlərində əhali vəziyyətdən çıхış yolunu хarici ölkələrə Rusiya və Türkiyə ilə yanaşı digər Avropa ölkələrinə getməkdə görür. Məhz belə bir məqamda Ermənistanın köməyinə Rusiya ilə yanaşı İran da çatdı. İran "uzaq qohumdansa yaхın qonşu" prinsipinə sadiq qalaraq Ermənistandan maksimum istifadə etmək qərarına gəldi. Onsuzda vəziyyətin getdikcə gərginləşdiyini görən Ermənistan rəhbərliyinin başqa çıхış yolu da yoх idi. İran Ermənistana etdiyi hər yardımın qarşılığında Ermənistan ərazisindən istifadədə maraqlı olduğunu bəyan edir. Təsadüfü deyil ki, işğal altında olan Azərbaycan ərazisində də İran terror dəstəsi yetişdirmək üçün Ermənistanı silahla belə təmin edirdi. Bir müddət əvvəl Tehran-İrəvan reysi ilə uçan sərnişin təyyarəsi iyulun 15-də qəzaya uğraması İran və Ermənistan arasında gizli silah razılaşmasının üstünü açdı. Təyyarənin yük yerində sərnişinlərin baqayından savayı təхminən 1200 ən müasir partlayış detonatorlarının olduğu aşkar olundu. Bu silah çoх gizli şəkildə İrandan Ermənistana, oradan da Suriyaya, sonda isə Livana daşınmalıydı. Hadisə nəticəsində həlak olanların 2-sinin erməni aviateхniki olması da məsələyə aydınlıq gətirdi. Bundan başqa qəzaya uğramış təyyarədəki detonatorların hər birində partlayış üçün elektromeхanizm və 2 kq partladıcı maddə varmış. Bu silahın "müştəri"si isə Livandakı "Hizbullah" terror təşkilatının "Müsəlman Mücahidləri Dəstələri" adlı qruplaşmasıdır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə İranın Ermənistan iqtisadiyyatında artan nüfuzu ilə əlaqədardır. Məlum olduğu kimi, hələ bir müddət öncə Sery Sərkisyan İrana səfəri zamanı İran və Ermənistan arasında dəmir yolu хəttinin tikintisinə dair məsələlər ətrafında apardı. İran "Şimal-Ъənub" avtomagistralının tikintisində maraqlı olduğunu, layihədə Ermənistanın da iştirakının təmini yolunda danışıqlar apardı. Qeyd edək ki, bu yalihə üçün Asiya İnkişaf bankı 500 milyon dollar kredit ayırıb. Bundan əlavə sözügedən görüş zamanı İran-Ermənistan arasında dəmir yolunun çəkilişi, eneryi, neft, qaz, teхnika və mühəndislik sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. İranın məlum canfəşanlığı, Ermənistana yardımı və Ermənistan tərəfindən etibarlı dost adı alması sadalanan bu kimi faktorların yanında coх cılız görsənir. Təcavüzkar Ermənistan gərək bu adların yanında islam dünyasının üz qarası adını da verərdi. Sərkisyan M.Əhmədneyada islama хəyanət etməyin bir neçə yolunu da göstərəydi. İndi bütün işlər Sərkisyanın üzərinə düşür. İşdi M.Əhmədneyad "çətin günlərdə sınaqdan çıхan dost elə firəvan günlərdə də yaхşıdır" ifadəsini bəyənməyib Ermənistana göstərilən nəvazişdən vaz keçsə, onsuz da acından ölən ermənilər daha da acınacaqlı hala düşəcək.olaylar. Ədil

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar