SON XƏBƏRLƏR

Almaniya-İran münasibətləri gərginləşə bilərmi?

2021.10.20, 07:36
Almaniya-İran münasibətləri gərginləşə bilərmi?

Gunaz.tv
Yanvarın 27-də İran Kəşfiyyatından verilən rəsmi açıqlamada, Aşura günü yaşanan hadisələrin pərdə arxasında xarici qüvvələrin olması barədə iddia təkrarlanmışdır. Açıqlamada Aşura günü günorta saatlarında baş verən hadisələrin “öncədən təşkil edildiyi və hadisələrdə bir Avropa ölkəsinin kəşfiyyat xidmətinə bağlı fitnə və inqilab əleyhdarı şəbəkənin barmağı olduğu” iddia edilmişdir. Mir Hüseyn Musəvinin məsləhətçilərindən birinin də məhz “bir Avropa ölkəsinin kəşfiyyatına işlədiyi və xaricə məlumat ötürdüyü üçün həbs olunduğu” da bildirilmişdir. İran Dövlət Televiziyası isə Aşura günü baş verənlərlə əlaqədar iki Alman diplomatın həbs edildiyi məlumatını yaymışdır. İran rəsmiləri “Yogi” və “İngo” ləqəbli iki diplomatın Aşura günü çıxan hadisələrin "planlanmasında rol aldıqları" səbəbiylə həbs edildiklərini iddia etmişdir. Alman hökumətinin sözcüsü Andreas Peşke isə İran mediasında çıxan xəbərləri yalanlayaraq, demişdir ki, “bizim əldə etdiyimiz məlumata görə, heç bir Alman diplomat 27 dekabrda baş verən hadisələrə görə həbs olunmayıb”. Peşke, Alman diplomatların etiraz nümayişlərinə müdaxilə etdiklərinə dair iddiaların da əsassız olduğunu bildirib. Təxminən eyni günlərdə Almaniyanın Baş Naziri İsrail nümayəndə heyəti ilə görüşdən sonra verdiyi açıqlamada İrana tanınan müdətin başa çatmaq üzrə olduğunu və vaxtın daraldığını bildirmişdi. Bu iki nüansın eyni günlərə təsadüf etməsi Almaniya-İran münasibətləri ilə bağlı sualların ortaya çıxmasına səbəb olur. Adətən ümumən Qərb-İran gərginliyi fonunda xeyli isti görünən Almaniya-İran münasibətləri gərginləşəcəkmi, yoxsa bu yaşananlar müvəqətidir? Hər halda Əhmədinejadın daxili və xarici siyasəti bu barədə də kifayət qədər risklərin ortaya çıxmasına səbəb olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar