SON XƏBƏRLƏR

Amerika Senatında İrana təzyiqi artırmaq üçün yeni qanun təsdiqlənib

2021.10.20, 07:36
Amerika Senatında İrana təzyiqi artırmaq üçün yeni qanun təsdiqlənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Senatı ölkə prezidentinə İranın neft təchizatçıları, eləcə də bu ölkənin liderlərinə qarşı sanksiyalar tətbiq etmək hüququ verən qanun layihəsini bəyənib. Bu, Tehrana qarşı nüvə aroqramı ilə bağlı təzyiqləri artırmalıdır. Sanksiyalar İrana neft məhsullarının idxalı ilə məşğul olan şirkətlərə də qarşı yönələ bilər. Amerika maliyyə institutları həmin şirkətərə kreditlərin verilməsindən və digər dəstəkdən imtina edəcəklər. Qeyd edək ki, ABŞ Nümayəndələr palatası bir müddət əvvəl oxşar qətnamə qəbul edib. Bundan sonra vahid mətn hazırlanacaq və ona qanun statusu veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar