SON XƏBƏRLƏR

İrəvanda Rusiya, Ermənistan və İran nümayəndələri, İran-Ermənistan dəmir yolu layihəsini müzakirə ediblər

2021.10.20, 07:36
İrəvanda Rusiya, Ermənistan və İran nümayəndələri, İran-Ermənistan dəmir yolu layihəsini müzakirə ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans-ə istinadən yaydığı məlumata görə, Ermənsitanın paytaxtı İrəvanda İran-Ermənistan dəmir yolu layihəsinin tikintisinə dair işçi qrupun üçtərəfli görüşü keçirilib. Tərəflərin görüşü zamanı İran və Ermənistanla yanaşı Rusiya nümayəndələri də iştirak edib. Ermənistanı bu görüşdə nəqliyyat və rabitə nazirinin müavini Qrant Beqlaryan, Rusiyanı ölkənin Nəqliyyat Nazirliyinin dəmir yolu nəqliyyatı sahəsi üzrə departamentinin direktoru Serqey Tuqarinov və “Rusiya dəmir yolları”şirkətinin nümayəndələri, İranı isə yol və nəqliyyat kommunikasiya işləri üzrə nazir müavini Məcid Əsədi təmsil edib. Ermənistan nümayəndəsi Q.Beqlaryanın sözlərinə görə, artıq Asiya Bankı dəmir yolu xəttinin texniki-iqtisadi əsaslarına dair işlərin aparılması üçün 1 milyon dollar həcmində mükafat ayırıb. Aprel ayında isə bu layihəni həyata keçirəcək şirkətin müəyyənləşdirilməsi üçün beynəlxalq müsabiqə elan olunacaq. Müsabiqənin nəticələri bəlli olduqdan sonra isə layihənin texniki-iqtisadi əsasının həyata keçirilməsi işləri start götürəcək. Eyni zamanda qeyd olunub ki, Avstraliyanın "İLF" şirkəti dəmir yolu xəttinin inşaası üçün ilkin işləri yerinə yetirib. İranlı nazir müavini M.Əsədi isə bildirib ki, ölkəsi artıq İran ərazisində tikiləcək 60 km uzunluğunda olan xəttinin texniki-iqtisadi işlərini yekunlaşdırıb. Nazirin sözlərinə görə, Tehran İran-Ermənistan dəmir yolu xəttinin İran ərazisinə aid olan hissəsini öz hesabına həyata keçirə bilər. Rusiya tərəfinin nümayəndəsi S.Tuqarinov isə dəmir yolu layihəsinin texniki kriteriyalarına, o cümlədən mümkün tranzit məsələləri, müvafiq dəmir yolu xəttinin beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiyası və “Şimal-Cənub” layihəsinə toxunub. O həmçinin qeyd edib ki, Rusiya tərəfi texniki-iqtisadi əsasların yerinə yetirilməsindən sonra layihəyə qiymət verə bilər. Tərəflərin növbəti görüşü layihənin iqtisadi-texniki əsaslarının həyata keçirilməsindən sonra baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar