SON XƏBƏRLƏR

İranın ingilis dilli qəzeti Azərbaycanın dil, tarix və mədəniyyətini təhrif edib

2021.10.20, 07:36
İranın ingilis dilli qəzeti Azərbaycanın dil, tarix və mədəniyyətini təhrif edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ingilis dilli dövlət qəzeti "Tehran times" yanvar ayının 24-də 10793 nömrəsində Milli Sərdar Səttarxanın şəkli ilə birlikdə "Türklər" adlı məqalə dərc edib. Məqalə müəllifi Məhəmmədtaği Səbokdel saxta və şovinisti qaynaqlara söykənərək İranda yaşayan qeyr fars millətlərin xüsusi ilə Türk millətinin tarix və mədəniyətini təhrif edib. Dövlət tərəfindən maliyələşən qəzet keçmişdə də öz anti-türk mövqeyi ilə seçilib. Məqalənin özətləri belədir: "Azərbaycan xalqının əski dili fars ləhcələrindən biri olub. Keçən illərdə Mənuçöhr Mürtəzəvi tərəfindən yazılan məqalə Azərbaycanın əski dilini izah edib. Deyilir ki, Azərbaycanın dili Azəri dili olub. Bu gün isə bu dilin müxtəlif ləhcələri var. Azərbaycan dilinin kökü ilə bağlı olan müxtəlif araşdırmaların yekunu bundan ibarətdir: İbn-i Nədim öz kitabında İran xalqının dilini 5 qola bölür: Pəhləvi, dəri, xuzi (xuzistanlıların dili), suryani və parsi. İbn-i Müqəffə yazir ki, fars dili ancaq farsların ama dəri dili ümum İran xalqının dili olub. Xuzi padişahların və nəcibzadələrin dili olub, suryani isə İraq xalqının dili olub. İsfəhan, Rey, Nəhavənd və Azərbaycan əhalisi isə pəhləvicə danışıblar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar