SON XƏBƏRLƏR

Tirəxtur və Fulad komandaları arasınsa müsabiqə başladı

2021.10.20, 07:36
 Tirəxtur və Fulad komandaları arasınsa müsabiqə başladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, iki gün öncə məlumat verdiyimiz kimi hazırda Güney Azərbaycanın Milli Komandası Tirəxturla Fulad arasında həyəcanlı müsabiqə gedir. Əhvaz şəhərinin Təxti Stadionunda yenicə başlanan müsabiqədə hələlik heç bir komanda qol vurulmayıb. Bu müsabiqədə də keçmişdəkilər kimi soydaşlarımız öz milli komandalarını izləmək üçün izdihamlı bir şəkildə Stadiounda hazırdırlar. Məlumata görə komandamızı təşviq etmək üçün çoxlu Tirəxtur tərəfdarı Stadionun ətrafındadır. Bununlada get-gedə milli komandamızın tərəfdarlarının sayısının artacağı gözlənilir. Qeyd edək ki, keçmişdə baş tutan bütün müsabiqələrdə Tirəxtur komandasının tərəfdarları həm daxili və həm xarici Kütləvi İnformasiya Vasitələrinin diqqətini özünə cəlb edib və İran tarixində tarixi rekord əldə edibdir. Oyun sürəcində son məlumatı diqqətinizə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar