SON XƏBƏRLƏR

Rusiya və Amerika xarici işlər nazirləri Dağlıq Qarabağı müzakirə edib

2021.10.20, 07:36
Rusiya və Amerika xarici işlər nazirləri Dağlıq Qarabağı müzakirə edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsi ABŞ dövlət katibi Hillari Klinton və Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub. Görüşdən sonra müsahibə verən Lavrov bildirib ki, o, amerikalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə danışıqlar aparıblar. Rusiyanın baş diplomatı Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə ətraflı məlumat verib. Məsələnin asan olmadığını deyən Lavrov, bununla belə tərəflərin hamısının bu problemin həlli istiqamətində irəliləmək istəyi olduğunu vurğulayıb. Qeyd edək ki, görüş Londonda Əfqanıstanla bağlı bu gün keçiriləcək konfrans öncəsi baş tutub. Lavrov konfransın mövzusuna da toxunub və deyib ki, keçmiş taliban üzvlərinin Əfqanıstan hökümətinə qaytarılması əfqan hökümətinin daxili işidir. Bu proses BMT təhlükəsizlik şurasının hazırda icra edilən prosedurlar əsasında həyata keçirilməlidir. Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün baş tutacaq London görüşünün çağırılmasının səbəblərinə toxunaraq bir neçə məsələyə də aydınlıq gətirib. Lavrov Əfqanıstan hökümətinin ölkədə tam nəzarəti ələ keçirməsində Rusiyanın da maraqlı olduğunu bildirib. “Rusiyanın da əlavə səylərini nəzərdən keçirəcəyik. Biz, bu ölkədə təhlükəsizliyi təmin edən beynəlxalq qüvvələri tranzit yolları ilə təmin etməklə az iş görməmişik. Əminəm ki, əgər səyləri birləşdirsək, əfqan hökümətinin və Rusiyanın, eləcə də bizim tərəfdaşlarımızın da iştirakı ilə 3 tərəfli və 4 tərəfli layihələr tapmaq olar”. Lavrov həmçinin bildirib ki, ODKB-nin potensialından beynəlxalq ictimaiyyət narkotiklərə qarşı mübarizə sahəsində tam şəkildə istifadə etmir. Bu arada ABŞ-ın Əfqanıstan və Pakistan üzrə elçisi Riçard Holbruk da Obama administrasiyasının Əfqanıstan prezident Həmid Kərzainin taliban silahlılarını yenidən cəmiyyətə qaytarmaq planını dəstəkləyəcəyini söyləyib. Qeyd edək ki, Kərzainin planına əsasən Əl-Qaidə sıralarında NATO qüvvələrinə qarşı vuruşmaqdan imtina edən aşağı və orta səviyyəli taliban silahlılarınin yenidən əfqan cəmiyyətinə inteqrasiyası nəzərdə tutulur və Kərzainin bu planı rəsmi olaraq bu gün elan edəcəyi gözlənilir. Bu məsələ Əfqanıstana dair Londonda keçiriləcək konfransında da mühüm müzakirə mövzusu olacaq. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar