SON XƏBƏRLƏR

Sarkisyan Tehranın Qarabağ məsələsində mövqeyinə görə İranın Xarici İşlər nazirinə minnətdarlığını bildirib

2021.10.20, 07:36
Sarkisyan Tehranın Qarabağ məsələsində mövqeyinə görə İranın Xarici İşlər nazirinə minnətdarlığını bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Xarici İşlər naziri Manuçöhr Möttəki ilə Ermənistan prezidenti Serj Sərkisyan Yerevanda Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan normallaşması prosesini, regionda sabirlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə görüşdə Sarkisyan Tehranın Qarabağ məsələsində mövqeyinə görə İranın Xarici İşlər nazirinə təşəkkür edib. (Azadlıq Radiosu) İran rəsmiləri dəfələrlə Bakıda olarkən Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini deyiblər. Amma bu görüşdə Sarkisyan öz təşəkkürünün mahiyyətini izah etməyib. İranın Xarici İşlər naziri Yerevana yanvarın 26-da gedib. Bu gün prezident Sarkisyanla görüşən Manuçöhr Möttəki Ermənistan-İran hökumətlərarası komissiyanın 9-cu toplantısında iştirak edir. Sarkisyan bildirib ki, “Ermənistan İranı etibarlı tərəfdaş və regionda vacib əhəmiyyətə malik ölkə hesab edir”. Keçən həftə Manuçöhr Möttəkinin dəvəti ilə Ermənistanın keçmiş prezidenti Robert Köçaryan da Tehranda səfərdə olub. Koçaryan İranın prezidenti Mahmud Əhmədinejadla görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar