SON XƏBƏRLƏR

İranda 2 aksiya iştirakçısı edam edilib

2021.10.20, 07:36
İranda 2 aksiya iştirakçısı edam edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda bu ilin iyun ayında prezident seçkisindən sonra keçirilən kütləvi iğtişaşlarda iştirak edən iki nəfər Məhəmmədrza Əlizəmani və Arəş Rəhmanipur bu gün səhər edam ediliblər. Bu barədə İran mətbuatı məlumat yayıb. Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi ümumilikdə mitinqlərin iştirakçısı olan 11 nəfər barədə ölüm hökmü çıxarıb. Daha 9 nəfərin anoloji hökmünə məhkəmə apelyasında (dadgahe təcdide nəzər) baxılacaq. Xatırladaq ki, bu məhkumların ittihamı ALLAHa qarşı müharibə, sistemi çevirməyə cəhd və sistemə qarşı olan silahlı dəstələrdə üzvlükdən ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar