SON XƏBƏRLƏR

Sergey Lavrov: Beynəlxalq ictimaiyyət İranı əbədi olaraq gözləyə bilməz

2021.10.20, 07:36
Sergey Lavrov: Beynəlxalq ictimaiyyət İranı əbədi olaraq gözləyə bilməz

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxalq ictimaiyyət İranın nüvə proqramı ilə bağlı yaranmış çıxılmaz vəziyyətdə hər hansı irəliləyişin olmasını əbədi olaraq gözləyə bilməz. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Londonda ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündən sonra Lavrov bildirib ki, Moskva İranın dünya dövlətlərinin problemin həllinə dair irəli sürdüyü təklifi rədd etməsindən təəssüflənib. Rusiyanın xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurası üzvlərinin növbəti addım üçün bir araya gələcəyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar