SON XƏBƏRLƏR

Şovinistlərdən Türk millətinə qarşı növbəti təhqir

2021.10.20, 07:36
Şovinistlərdən Türk millətinə qarşı növbəti təhqir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Pantürkləri İrandan çıxaraq" adlı sayt, Azərbaycan türk millətinə qarşı təhqir edici ifadələr işlədib. Qeyd edək ki, Bu yazıda Azərbaycan türklərinin keçmişdə azadlıq uğrunda apardıqları bütün mübarizələri inkar edilir və tarixi təhrif etməklə yanaşı türk millətinə növbəti təhqir edici ifadələr işlədilir. Adını çəkdiyimiz sayt belə yazır: Bizim ölkəmiz inqilab ərəfəsindədir. Türk bölgələrindən başqa hər yer qana boyanıb. Gənclərimiz xiyabanlara tökülüb, azadlıq uğrunda mübarizə apararaq həlak olurlar. Bu mübarizənin sonu isə bütün İranın azadlığı olacaq. Özlərini qəhrəman adlandıran türklər özlərini bu millətin bir tikəsi hesab etmirlər. Onlar nə 2 xordad da (keçmiş prezident Məhəmməd Xatəminin başlatdığı cərəyan) nədəki yaşıl hərəkatda iştirak edirlər. Türklər ən təhlükəsiz yerdə gizləniblər: SİÇANIN YUVASInda. Onlar həməşəki kimi gözləyirlər ki hərəkat nəticəyə çatsın və onlar hazır süfrə arxasında otursunlar. Ola bilsin ki hər qövmü ona layiq olan ifadələr və mövzlar ilə səhnəyə çağırmaq lazımdır. Oraya qədər ki mən bilirem minlər min türk bir tarakana (böcük) görə xiyabanlara tökülüşüb və qurdlar kimi uladılar: NƏMƏNƏ?! Yəqin ki türkləri "heyvan sevmə" mövzuları ilə səhnəyə dəvət etmək mümkündür. Ancaq təssüf ki İran xalqının mövzusu "azadlıq" və "insan haqları"-dır. Sizcə necədir türkləri başqa bir vəziyyətdə əməkdaşlığa dəvət edək?!.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar