SON XƏBƏRLƏR

Qoşaçaylı milli-mədəni fəallar təzyiq altında

2021.10.20, 07:36
Qoşaçaylı milli-mədəni fəallar təzyiq altında

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşlarının milli fəallara qarşı təzyiqləri səngimək bilmir. Son bir ayda Güney Azərbaycanın Qoşaçay şəhərində milli fəallar ETTELAAT əməkdaşları tərəfindən təhdid olunub, sorğu-suala çəkiliblər. Sorğu-suala çəkilən milli fəalların sırasında Daryuş Əndəlibiyan və Peyman Xərratzadə də olub. "Milliharakat-" yaydığı məlumatda bildirir ki, Daryuş Əndəlibiyan bir ay müddətində 3 dəfə təfdid olunub, bir dəfədə ETTELAAT-a aparılaraq sorğu-suala tutulub. Həmçinin Peyman Xərratzadə də ETTELAAT-a çağrılıb və onun iş yeri ETTELAAT əməkdaşları tərəfindən yoxlanılaraq video kameraya alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar