SON XƏBƏRLƏR

İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə aşkar edilib

2021.10.20, 07:36
İrandan Azərbaycana gələn ailə üzvlərinin üzərindən narkotik maddə aşkar edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin trend-ə istinadən yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən çərşənbə günü Trend News-a bildiriblər ki, Astara gömrük keçidində İran İslam Respublikasından Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nəhani İskəndər Bəhram və qızları Həbibə Nəhani İskəndər, Mobina Nəhani İskəndər, Sevda Nəhani İskəndər gömrük nəzarətindən keçərkən, ailənin azyaşlı uşaqları Həbibə və Mobinanın əyninə geyindiyi qara rəngli paltarın altından hər birindən iki bağlamada olmaqla ümumi xalis çəkisi 2015 qram narkotik vasitə olan heroin, Sevdadan isə əyninə geyindiyi qırmızı paltarın altından dörd bağlamada olmaqla çəkisi 1010 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Fakt üzrə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup tərəfindən qaçaqmalçılığın törədilməsi (206.3.2), qanunsuz olaraq narkotik vasitələrin hazırlanması, əldə edilməsi, saxlama, daşınması, göndərmə və ya satılması qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən təkrar törədilməsi (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. İstintaq zamanı müəyyən edilib ki, Nəhani İranda olarkən digərləri ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda narkotik maddələrin keçirilməsinə dair sövdələşərək cinayət əlaqəsinə girib. Nəhani barəsində həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar