SON XƏBƏRLƏR

Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) Ermənistana ağır zərbə...

2021.10.20, 07:36
Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) Ermənistana ağır zərbə...

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistan və Albaniyanın qurumdakı nümayəndə heyəti üzvlərinin mandatını dondurub. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aynur Quliyeva “Media forum” saytına açıqlamasında deyib ki, qərar AŞ PA-nın yanvarın 25-də keçirilən iclasında qəbul olunub. Onun sözlərinə görə, qərar Ermənistan və Albaniyanın AŞ PA-dakı nümayəndə heyətlərinin müxalifəti təmsil edən üzvlərinin müraciəti əsasında çıxarılıb: “Ermənistan və Albaniyanı təmsil edən deputatlar iclasda məsələ qaldırdılar. Məsələ baxılmaq üçün AŞ PA-nın Prosedurlar Komitəsinə göndərildi. Komitənin araşdırmasından sonra AŞ PA yekun qərar verəcək. Həmin qəraradək bu ölkələrin nümayəndə heyətlərinin səsvermə hüququ olmayacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı Ermənistan parlamentinin AŞ PA-dakı nümayəndə heyəti formalaşdırılarkən manipulyasiyaya yol verildiyi bildirilib. Ermənistan saytları baş verənlərə aydınlıq gətirərək yazıb ki, nümayəndə heyətinin tərkibi yanvarın 15-də parlamentin sədri Ovik Abramyan tərəfindən təsdiqlənib. O. Abramyan müxalifətçi “İrs” Partiyasının üzvü Zauri Postancyanı heyətdən çıxarıb və onun ezamiyyətlərinə ayrılan maliyyənin kəsilməsi üçün göstəriş verib. Ekspertlər hesab edir ki, Dağlıq Qarabağ danışıqlarının getdiyi həssas bir məqamda Ermənistanın AŞ PA-da səs hüququnun dondurulması həm də Azərbaycanın xeyrinədir. Ermənistanın AŞ PA-da səs hüququnun məhz həmin ölkə müxalifətinin müraciəti əsasında dondurulmasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti də bundan dərs götürməlidir. Məsələyə münasibətini bildirən politoloq Qabil Hüseynli dedi ki, bu, Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vuran bir məsələdir və olay hakimiyyət dəyişikliyinə də təkan verə bilər. Ermənistan müxalifətinin yeni mitinqlərə hazırlaşdığını xatırladan politoloq hesab edir ki, bu hadisə Ermənistanda siyasi ehtirasların qızışması ilə nəticələnəcək: “Bu da Sərkisyan hakimiyyətinin dəyişməsinə təkan verə bilər. Bu məsələdə müxalifətə keçmiş döyüşçülərdən, müəyyən ictimai- siyasi təşkilatlardan da dəstək vədi vardı”. Ermənistanın bu olayla bağlı beynəlxalq zərbə aldığını qeyd edən Q.Hüseynli hesab edir ki, bu, həm də ölkədaxili proseslərə ciddi stimul verəcək və qarşıdurmanı dərinləşdirəcək: “Azərbaycan hakimiyyəti də bu hadisədən nəticə çıxarmalıdır”. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AŞ PA-nın məlum qərarını çoxdan gözlədiklərini söylədi: “Ermənistan parlamenti tərəfindən təsdiq edilən nümayəndə heyətinin tərkibinə etiraz həm də hakimiyyətdə olan rejimin iç üzünü ortaya qoyur. Ermənistan hakimiyyəti hərbi xunta kimi son prezident seçkilərində insan qətlinə yol verib. Ermənistanda müxalifət nümayəndələrinə qarşı totalitar rejimin münasibətləri hökm sürür. Bu səbəbdən də Ermənistan ciddi sanksiyalara məruz qalası bir ölkədir. Biz bunu çoxdan gözləyirik. Görək Avropa Şurası nə dərəcədə ədalətli olacaq və Ermənistana qarşı ikili standartlardan və onu himayə etməkdən əl çəkəcəkmi? F.Ağamalının fikrincə, bununla Avropa Şurası həm də özünə nüfuz qazandıra bilər: ”Ermənistan Azərbaycana qarşı işğalçı dövlət kimi çıxış edir. AŞ PA səs hüququnu dondurmaqla Ermənistanın həm də təcavüzkar hərbi xunta olduğunu etiraf etmiş sayılar". Sonda qeyd edək ki, AŞ PA-nın Prosedurlar Komitəsinə müvafiq komitəyə hər iki ölkə ilə bağlı hesabat hazırlayaraq yanvarın 28-də müzakirəyə təqdim etməsi tapşırılıb. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar