SON XƏBƏRLƏR

İran atom bombası əldə edib? . Sədrəddin Soltan

2021.10.20, 07:36
İran atom bombası əldə edib? . Sədrəddin Soltan

Gunaz.tv
İranın atom–nüvə proqramı ətrafında müzakirələr davam edir. İslam Respublikasının prezidenti Mahmud Əhmədinijat həftənin sonunda parlamentin binasında jurnalistlər qarşısında çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə ölkəsi nüvə proqramının inkişafı haqda “xoş xəbər” eşidəcək.Onun sözlərinə görə, bununla bağlı rəsmi açıqlama fevralda, İran İnqilabının 31-ci ildönümü tədbirlərində elan ediləcək. M.Əhmədinijat məsələyə dair başqa izahat verməsə də, uranın zənginləşdirilməsinin 20 faizə çatacağına toxunulacağını da deyib.Yeri gəlmişkən, bir neçə il öncə də inqilabın növbəti ildönümü tədbirində M.Əhmədinijat çıxış edərək, oxşar bəyanat vermişdi. Həmin il aprelin 9-da o, “İran atomlu dövlətdir” bəyanatını verdi və bildirdi ki, ölkəsi uranın zənginləşdirilməsi prosesi nə başlayıb. DRA-nın xəbərində o da bildirilib ki, bu yaxınlarda İran uranın Rusiya və Fransa ərazisində zənginləşdirilməsi barədə qərbin təklifindən imtina edib. Amma bununla belə Tehranın “Rusiya variantına” qayıda biləcəyi istisna edilmir.Amerikanın mili təhlükəsizlik məsələləri üzrə təmsilçisi Mayk Hammer ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, İrana münasibətdə ABŞ və Rusiya birgə yanaşma hazırlamaqda maraqlıdır. Onun sözlərinə görə, Barak Obama ilə Dmitri Medvedyev arasında olan danışıqlarda bu məsələyə dəfələrlə toxunulub. “Biz İrana dair məsələdə ümumi yanaşma hazırlamaq yolundayıq” - deyə, o, söyləyib.M.Hammer onu da deyib ki, ABŞ və Rusiya ümumi problemlərlə bağlı çoxsaylı tarixi fikir ayrılığını həll etməyə nail olublar: “Belə hallar yarananda biz tərəddüd etmədən açıq şəkildə müzakirələr aparmalyıq”.İsraildə çıxan “Haarets” qəzetinin yazdığına görə, Avropa Birliyi xarici işlər nazirləri son toplantıda İrana qarşı müstəqil sanksiyaların tətbiqinə etiraz etdiklərini bildiriblər. AB diplomatları bildirib ki, yalnız BMT təhlükəsizlik Şurasının tapşırığı əsasında İslam Respublikasına qarşı yeni iqtisadi qadağalara qoşulacaqlar. İsveçin xarici işlər naziri Karl Bildt deyib ki, AB İranın nüvə proqramı ətrafında yaranmış böhrandan çıxmaq üçün danışıqların bərpasında maraqlıdır. Onun sözlərinə görə , sanksiya çox sərt tədbirdir və onu son məqamda tətbiq etmək olar. Almaniya kansleri Angela Merkel isə bildirib ki, atom-nüvə proqramı ilə bağlı İrana verilmiş vaxt ayın sonunda başa çatır. Bu o deməkdir ki, İran “altılıq”ın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə, proqramla bağlı daha sərt sanksiyaların tətbiqi müzakirəyə çıxarılacaq. Londonda çıxan “əl-Həyat” qəzeti isə yazır ki, Fransa prezidenti Nikolya Sarkozi Livanın baş naziri Saad Həriri ilə görüşündə İranın atom-nüvə proqramından da danışıb. Sarkozi qeyd edib ki, İsrail “əl-qolunu yanına salıb durmayacaq” və Fransada İslam Respublikasının nüvə silahı hazırlamaq istiqamətində gördüyü işləri təsdiqləyə biləcək məlumatlar var. İran ali təhlükəsizlik şurasının katibi Səid Cəlilinin isə yanvarın 26-da Moskvaya nəzərdə tutulan səfəri təxirə salınıb. “Fars” xəbər agentliyinin məlumatına əsasən, o, Rusiyada iki ölkənin maraqlarına toxunan məsələlərdən danışacaqlar. Ehtimal etmək olar ki, həmin danışıqlarda İranın Buşəhr Atom Elektrik Stansiyasının istismara verilməsi müddəti, habelə uranın federasiya ərazisində zənginləşdirilməsi də müzakirə ediləcək.Nəzərdə tutulan bu səfəri ekspertlər cavab görüşü kimi də dəyərləndirirlər. Ötən ilin dekabrında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsraildə səfərdə olmuş və orada baş nazir Benyamin Netanyahu və müdafiə naziri Ehud Barakla görüş keçirmişdi. Rəsmi olmayan məlumatlara görə, həmin görüşdə İranın atom-nüvə proqramından da danışıblar.Həmin günlərdə Rusiyanın baş naziri Vladimir Putin bildirmişdi ki, Moskva İslam Respublikasının nüvə proqramının hərbi xarakterli olmasına dair məlumata malik deyil.İsrailə səfərdən öncə o, Tehrana səfər etmişdi.ABŞ prezidenti Barak Obamanın İrana verdiyi möhlət başa çatır. Həmin ultimatuma əsasən rəsmi Tehran atom-nüvə proqramına dair irəli sürülən şərtləri qəbul etməzsə, o zaman daha kəskin beynəlxalq sanksiyalar tətbiq ediləcək.ABŞ və İsrail rəsmiləri dəfələrlə bəyan edib ki, İranın atom-nüvə proqramının danışıqlar və dinc yolla həllinə tərəfdar olduqlarını açıqlayıblar. Bununla belə, məsələnin hərb yolu ilə həlli də istisna olunmur.İranın nüvə obyektlərinə hücum ediləcəyi ilə bağlı ABŞ–ın bəzi yüksək rütbəli hərbçilərinin çıxışına cavabında İslam Respublikası ordusu baş qərargahının rəisi, general Həsən Firuzabadi bildirib ki, bu aksiya gerçəkləşərsə, Amerikaya bölgədə ciddi təhlükə yaranacaq. “Fars” xəbər agentliyinin məlumatına görə, iranlı general bu sayaq bəyanatları “məsuliyyətsiz çıxış” adlandırıb.Bölgə dövlətləri arasında inamsızlıq Yaxın Şərqi “ barıt çəlləyi”nə çevirib. Nəzərə almaq lazımdır ki, həmin ərazidə çoxlu sayda neft və təbii qaz bazaları da mövcuddur. Bu baxımdan, İranın bölgədə həmin amildən yararlanaraq, böyük çaxnaşma yarada biləcəyi də istisna edilmir. Bəzi mənbələrin bildirdiyinə görə, ABŞ və Britaniya hərbçiləri İraqa hərbi müdaxilə etdikdən sonra dərhal İranı da vurmağı planlaşdırıbmış. Ancaq bunun qarşılığında Tehranın körfəz ölkələrindəki neft dövlətlərində bazaları partladacağını bəyan etməsi müttəfiqləri düşünməyə, taktikanın dəyişməyə vadar edib.İstər bölgə dövlətləri, istərsə də Yaxın Şərqdə maraqlarının təmin olunmasını istəyən, bu yöndə çalışan aparıcı güclərə, əslində İrana qarşı hərbi cəbhə açmaq sərf etmir. Çünki belə bir aksiya baş tutarsa, dünya bazarında “qara qızıl”ın fantastik dərəcədə bahalaşacağı da ehtimal olunur. Neftin bahalaşması ehtimalı yalnız məsələnin bir tərəfidir. Bir çoxları bunun “üçüncü dünya savaşının başlayacağı” kimi dəyərləndirir. Müşahidələrə əsasən demək olar ki, İranın atom-nüvə proqramı ətrafında yaranmış vəziyyətdən hələ çıxış yolu var. Bu baxımdan, ABŞ-a səfəri öncəsi İtaliyanın xarici işlər naziri Franko Frattininin “Sky TG24” telekanalına müsahibəsində durumu daha aydın xarakterizə etdiyini söyləmək olar. O, deyib ki, İrana hücum bütün dünya üçün faciə ilə nəticələnər. İslam Respublikasının atom-nüvə proqramı ilə bağlı yaranmış problemin həlli ilə bağlı sualı cavablandıran italiyalı nazir bu məsələdə ABŞ siyasətini bütünlükdə dəstəklədiklərini söyləyib: “Barak Obamanın strategiyasında Tehran üçün qapılar son ana qədər açıqdır. Bu istənilən hərbi əməliyyatdan daha sərfəli üsuldur”. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar