SON XƏBƏRLƏR

İranın "iki paytaxtlı" olması təklifi nə üçündür?!

2021.10.20, 07:36
İranın "iki paytaxtlı" olması təklifi nə üçündür?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi Mərkəzinin sədr müavini Mehdi Zare ölkənin ikipaytaxtlı ölkəyə çevrilməsi barədə yeni təklif irəli sürüb. M.Zare bildirib ki, İranda mümkün zəlzələlərdən maksimum qorunmaq üçün indidən ciddi tədbirlər görülməlidir. O, qonşu Türkiyə və Pakistandan misallar verərək ölkənin rəsmi paytaxt ilə yanaşı həm də siyasi, iqtisadi və mədəni baxımından paytaxt səviyyəsində ikinci şəhərə sahib olmalarından danışıb və təcili olaraq Tehran üçün də alternativ şəhər seçməyi məqsədəuyğun bilib. Mehdi Zare qeyd edib ki paytaxt səviyyəli ikinci şəhər mövcudlar arasından seçilə də bilər yenidən tikilə də bilər., amma bütün hallarda seysmik zonadan uzaq, təhlükəsiz yerdə olmalıdır. Zare fikrini əsaslandırarkən Haitidəki dəhşətli zəlzələdən dərs almağın vacibliyini qeyd edib. Mehdi Zarenin açıqlaması, təsadüfi olmaya bilər. Çünkü, hazırda Haitidə baş verənlərlə əlaqədar fikirlər birmənalı deyil və hətta “bu zəlzələnin Haitini işğal etməyi planlayan ABŞ tərəfindən törədildiyi də yüksək səviyyələrdə iddia olunur”. Dünya siyasi tarixində zəlzələrdən dərhal sonra zəlzələ bölgələrində kəskin siyasi dəyişikliklərin həyata keçirildiyinə dair xeyli misallar mövcuddur. Xatırladaq ki, Haitidəki zəlzələdən sonra İranda da çox sayıda kiçik zəlzələ baş vermişdi. Bəlkə İran rəsmiləri ABŞ-ın bu ölkə ilə bağlı planları içərisində “zəlzələ variantının” olmasından şübhələnirlər?. ARAZTM

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar