SON XƏBƏRLƏR

Vaşinqtonun Tehrana qarşı təhlükəsizlik tədbirlərinin səviyyəsi, “sarı”dan “qırmızı”ya yüksələcək

2021.10.20, 07:36
Vaşinqtonun Tehrana qarşı təhlükəsizlik tədbirlərinin səviyyəsi, “sarı”dan “qırmızı”ya yüksələcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ, Almaniya və İsrail kəşfiyyatları birgə hesabat hazırlayıblar. İran atom silahı yaratmaq sahəsində son mərhələyə çatıb və bu ilin sonlarına doğru yük maşını böyüklükdə, təkmil olmayan bir atom bombasına malik olacaq. Bu barədə “Der Spiegel” jurnalı Almaniya kəşfiyyat qurumuna istinadən xəbər yayıb. “Der Spiegel” jurnalı yazır ki, ABŞ, Almaniya və İsrail kəşfiyyat qurumları İranın atom fəaliyyətinə dair yeni hesabat hazırlayıblar. Hesabatla qeyd olunur ki, 2010-cu ilin sonlarında təkmil olmayan atom bombası hazırlayan İran 2012-2014-cu illər arasında təkmil atom bombası da hazırlaya biləcək. İlk atom bombasını ballistik raket başlığına yerləşdirmək mümkün olmasa da, Tehran məhz 2012-2014-cu illərdə ballistik raket başlığına yerləşdirilə biləcək atom bombası ərsəyə gətirəcək. Üç ölkənin kəşfiyyat qurumunun hesabatında bildirilir ki, Tehran əslində dinc məqsədlə atom enerjisi əldə etmək üçün MAQATE-nin nəzarəti altında çalışmağa razılaşsa da, atom silahının yaradılması işi İran Müdafiə Nazirliyinə məxsus gizli zavod və müəssisələrdə aparılır. Bu işə Muhsin Fahrizadə adlı 48 yaşlı bir hərbçi başçılıq edir. Jurnal qeyd edir ki, kəşfiyyat qurumlarının son hesabatı ABŞ-ın İrana qarşı təhlükəsizlik tədbirlərinin səviyyəsini “sarı”dan “qırmızı”ya yüksəltməsinə səbəb olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar