SON XƏBƏRLƏR

Amerikalı konqresmendən Azərbaycana dəstək

2021.10.20, 07:36
Amerikalı konqresmendən Azərbaycana dəstək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerikalı konqresmen Con Şadeq yanvarın 26-da bütün Konqres üzvlərinə Azərbaycanı dəstəkləmək xahişilə məktub göndərib, bu barədə Turanın Vaşinqton müxbiri məlumat verib. Məktubda deyilir: “Hörmətli həmkarlar, əksəriyyətimiz bu yaxınlarda ABŞ-ın yaxşı dostları olan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması haqqında protokolların imzalanmasından ruhlanmışdıq. Türkiyənin mürəkkəb Qafqaz regionunda sabitliyin dəstəklənməsində aparıcı rol oynaması müsbət haldır. Eyni zamanda, ABŞ-ın bu regionda ən güclü müttəfiqlərindən biri olan Azərbaycanın həyati maraqlarını unutmaması çox vacibdir. Dövlət katibinin müavini Uilyam Berns bu yaxınlarda bəyan edib ki, “ABŞ Azərbaycanı Yaxın Şərq, Avropa və Asiyanın kəsişməsində duran strateji partnyoru kimi görür”. Konqresmen Bill Şuster, Konqresin Azərbaycan Forumunun həmsədri hesab edir ki, “Azərbaycan terrorçuluğa qarşı mübarizədə əvəzolunmaz müttəfiqdir”. Türkiyə kimi, Azərbaycanın da Ermənistanla uzunmüddətli münaqişəsi var. Səbəb Azərbaycanın erməni əhalisinin əksəriyyət təşkil etdiyi qanuni ərazisi olan mübahisəli Dağlıq Qarabağ ərazisidir. 1991-ci ildə Ermənistan və Azərbaycan arasında silahlı münaqişə yüzlərlə azərbaycanlının məcburi köçkün olmasına və Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, 20% ərazisinin ermənilər tərəfindən işğal olunmasına gətirib çıxardı. ABŞ ATƏT çərçivəsində Fransa və Rusiya hökuməti ilə birgə bu mübahisənin ərazi bütövlüyü prinsipi əsasında həllinə çalışır. Ermənistan-Türkiyə danışıqlarının uğuru Ermənistan-Azərbaycan danışıqlarının arxa plana keçməsinə səbəb olmamalıdır. Son 5 il ərzində Azərbaycan ABŞ-ın strateji maraqlarına dəstək nümayiş etdirib. O, İraqda və Əfqanıstanda bizim qoşunlarımıza dəstək göstərib və onun böyük qaz ehtiyatları bu gün Rusiyada əhəmiyyətli dərəcədə asılı olan Qərbi Avropaya enerji resurslarının nəqli yollarının müxtəlifləşdirilməsi üçün perspektivlidir. ABŞ-ın Türkiyə, Ermənistan və bütünlükdə Qafqazda diplomatik təşəbbüsləri nəticəsində Azərbaycanı əldən verməməsi çox vacibdir”, deyə məktubda qeyd edilib. Con Şadeq Konqresdə Arizonanı təmsil edir və Respublika Partiyasının üzvüdür. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar