SON XƏBƏRLƏR

Mehdi Kərrubi: seçkilərdə saxtakarlıq olub, Öz sözümü möhkəm tuturam

2021.10.20, 07:36
Mehdi Kərrubi: seçkilərdə saxtakarlıq olub, Öz sözümü möhkəm tuturam

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Mehdi Kərrubi vurqulayıb ki iyun ayı prezident seçkilərində saxtakarlıq olub. “Səham news”-n yaydığı məlumatda bildirilir ki, Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi öz atasının dediklərini belə ifadə edib: “mənim yüz faiz əqidəm bundan ibarətdir ki, prezident seçkisində saxtakarlıq olub və şübhəlidir. Səslərin sayılmasında müdaxilələr olub. Mən bu əqidədəyəm və Bu sözümün üstündə möhkəmdə durmuşam. Ancaq cənab Xamenei, Əhmədinəjadın hökmünü təsdiqlədiyi üçün onu bu sistemin rəisi kimi tanıyıram”. Bu sözlər FARS xəbər agentliyinə yönəlmiş ifadədir. FARS xəbər agentliyi qısa bir xəbərdə iddia etmişdi ki, “kərrbi deyib ki, mənim iradlarım var ancaq prezidenti rəsmiyyətə tanıyıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar