SON XƏBƏRLƏR

4-cü gün “Tirəxtur”-la “Fulad” komandaları qarşılaşacaq

2021.10.20, 07:36
4-cü gün “Tirəxtur”-la “Fulad” komandaları qarşılaşacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 2010-cu il yanvarın 28-də Tirəxtur-Fulad komandaları arasında futbol yarışması keçiriləcək. əldə etdiyimiz məlumata görə, Əhvaz şəhərində keçiriləcək müsabiqə Təxti Stadionu məşqul olduğu üçün Fulad komandasının xüsusi klubunda keçirilməsi gözlənilirdi. Ancaq Tirəxtur komandasının tərəfdarlarının həddən artıq çox olmasını nəzərə alan şəhər məsulları, bu müsabiqənin Təxti Stadionunda keçirilməsini məqsədə uyğun hesab ediblər. Son qərar bundan ibarət olub ki, 4-cü gün Fulad-Tirəxtur oyunu Əhvaz şəhərinin Təxti Stadionunda keçirilsin. Xatırladaq ki, keçən həftə Təbrizdə baş tutan Tirəxtur_Fulad qarşılaşmasında 150000dən çox Tirəxtur tərəfdarı milli şüarlar səsləndirərək mesabiqəni izləmişdilər. Ümüd edirik ki, soydaşlarımız eyn aktivliyi bu yarışmada da nümayiş etdirəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar