SON XƏBƏRLƏR

Mərhum Bəxtavərin dəfn mərasimində tutulanların 3-ü müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Mərhum Bəxtavərin dəfn mərasimində tutulanların 3-ü müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, təxminən bir ay öncə tanınmış milli-mədəni fəal mərhum Çingiz Bəxtavrin dəfn mərasimində yaxalanmış milli fəallardan 3-ü müvəqqəti olaraq azadlığa buraxılıblar. İbrahim Fərəczadə, İbrahim Asimani və Əlirza Yusifi bir ay həbsdən sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə müqabilində azadlığa buraxılıb. Ancaq öyrənci fəal cənab Hadi Murtaza və başqa tutuqlananlar hələdə həbsdə saxlanılır. Xatırladaq ki, mərhum Bəxtavərin dəfn mərasimi Təhlükəsizlik Qüvvələrinin nəzarəti altında keçirildi, mərasim zamanı milli fəallar Təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb, onlardan 22 nəfəri yaxalanaraq həbs olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar